2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Köhnə iPhone modellərinin performanslarının artırılması üzrə sadə üsul aşkar edilib

Apple dəfələrlə köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsində günahlandırılıb. Bu məsələyə dair növbəti sübutu Çindən olan iPhone istifadəçiləri aşkar ediblər. Nəticədə onlar köhnə iPhone modellərinin zəiflədilməsi prosesindən yan keçmək üzrə təlimatı təqdim ediblər. Bunun üçün heç bir iOS yenilənməsini reallaşdırmaq lazım deyil. Hələ bir neçə müddət bundan öncə Fransa hökuməti köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsi məsələsi ilə bağlı Apple şirkətini cərimələmişdi. Qeyd etmək lazımdır ki, köhnə iPhone modellərinin zəiflədilməsi onların prosessorlarının tezliklərinin aşağı salınması hesabına reallaşdırılır.

Fransa hökumətinin qərarı ilə Apple şirkəti köhnə iPhone modellərinin prosessorları üçün olan proqram məhdudlaşdırıcılarını deaktiv etməyə məcbur qalmışdı. Lakin bununla belə şirkət bildirmişdi ki, məhdudlaşdırıcı tədbirlərin deaktiv edilməsi smartfonun çalışma müddətinə mənfi təsir göstərir. Belə ki, smartfonun batareya həcmi müəyyən müddətdən sonra azalır. Çindən olan bəzi iPhone istifadəçiləri də məhz bu lifehack-dan istifadə ediblər. Onların sözlərinə əsasən regional ayarlarda ölkəni Fransaya dəyişəndən sonra köhnə iPhone modelləri həqiqətən də sürətlə çalışmağa başlayırlar.

Saytların yığılması Saytlarin yigilmasi

technote.az

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button