2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

‘Kölgə diplomatları’ – fəxri konsullar hansı işlərlə məşğul olub

BAJK 78 ölkənin öz fəxri konsullarının adlarını açıqlamadığını yazır

Saytların yığılması Saytlarin yigilmasi

Dünya üzrə yüzlərlə indiki və keçmiş fəxri konsulun adı terroru maliyyələşdirməkdə, silah və narkotik alverində hallanır. Bunu Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (BAJK) yeni araşdırmasında üzə çıxarıb.

İndiyədək qlobal elitanın kiçik bir qisminin qalmaqalı işləri media araşdırmalarında ifşa olunub. Bu dəfə isə söhbət güc, imtiyaz və gizli əlaqələr hesabına qanunsuz, ziyanlı fəaliyyətlə məşğul olan, “fəxri konsul” adını daşıyan diplomatlardan gedir.

Fəxri konsullar öz ölkələrində xarici hökumətlərin maraqlarını təbliğ edən könüllü diplomatlardır, fəaliyyətləri əsasən tənzimlənmir. Ancaq onların bəziləri elə karyera diplomatlarının imtiyazlarından yararlana bilir.

BAJK “Kölgə diplomatları” adlı araşdırmanı ProPublica və 59 media tərəfdaşı ilə birlikdə hazırlayıb. Azı 500 indiki və keçmiş fəxri konsulun cinayətlərdə ittiham olunduğu, bəzi qalmaqallarda adı çəkildiyi bildirilir.

İddia olunan cinayətlərə gəlincə, söhbət narkotik və silah alverindən, qətl, dələduzluq və terrorçuluğun maliyyələşdirilməsindən gedir. Bəzi fəxri konsullar statuslarından şəxsi mənfəət üçün istifadə edib, varlanıb, hüquq-mühafizə orqanlarından yayınıb, siyasi gündəmləri təbliğ edib, avtoritar rejimləri dəstəkləyiblər, araşdırmada belə deyilir.

“Onlar toxunulmazlıq hesabına istədiklərini keçirə bilərlər, heç kəs onları saxlamır – diplomatik pasportunu göstərirsən, sual soruşan olmur”, – ABŞ Müdafiə Departamentinin keçmiş müşaviri Deyvid Aşer deyib.

Araşdırmaçılar Hizbullah terrorçu qrupunun ittiham olunan bəzi üzvlərinin fəxri konsul statusu daşıdığını öyrəniblər. Yaxud bəzi konsullar ABŞ və digər ölkələrin sanksiyalarına məruz qalıb. Bu sırada Rusiya Prezidenti Vladimir Putinin yaxıb ətrafından olanlar da var.

BAJK “Kölgə diplomatları” araşdırmasının birinci hissəsini dərc edir, yaxın həftələrdə əlavə hissələrin yayılacağını bildirir.

Qurum 78 ölkənin öz fəxri konsullarının adlarını açıqlamadığını yazır.

Azərbaycan həm xaricə təyin etdiyi, həm də ölkədə yerləşən fəxri konsulların adlarını dərc edən ölkələr sırasında yer alıb.

24 saat” “
‘Kölgə diplomatları’ – fəxri konsullar hansı işlərlə məşğul olub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button