2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı: Qazaxıstan dövlət çevrilişinin qarşısını aldı

Bakı/10.01.22  Bazar ertəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri liderlərinin onlayn görüşü Qazaxıstandakı hadisələrin xarici qüvvələr tərəfindən hazırlanmış düşmənçilik aktı olması barədə ölkə hakimiyyətinin bəyanatlarını təsdiqləyib.

Qazaxıstanın dövlət başçısı Tokayev təkrar edib ki, ölkəyə xaricdə hazırlanmış 20 min yaraqlı hücum edib. O əmindir ki, hakimiyyəti ələ keçirmək məqsədilə onları xaricdə hazırlayıblar.

Belarus lideri Lukaşenkoı daha açıq olub və bildirib ki, Qazaxıstanda baş verən hadisələrin arxasında Qərb dayanır. O, Özbəkistan və Tacikistan hakimiyyətlərinə xəbərdarlıq edib ki, növbəti iğtişaşları onların ölkələri gözləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya prezidenti də eyni ruhda çıxış edib, Ukraynada baş verən hadisələrlə paralellər aparıb, Qazaxıstan hadisələrində “Maydan ssenarisi”ni  gördüyünü deyib.

Tacikistan prezidenti Emomali Rahmon Lukaşenko ilə razılaşaraq bildirib ki, Tacikistan və Özbəkistan sərhədlərindəki düşərgələrdə 6 min yaraqlı var.

Ümumilikdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin liderləri xarici müdaxiləyə qarşı mübarizə məqsədilə əməkdaşlığın təkmilləşdirilməsinə tərəfdar olduqlarını bildiriblər. -02B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button