Bizim tərcümə

Kolumbiyada təyyarə qəzası: 8 nəfər ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-21 23:10:40

Kolumbiyanın Medellin şəhərində səhər saatlarında kiçik təyyarə yaşayış məntəqəsinin üzərinə düşüb. Qəzada 8 nəfər həyatını itirərkən, 4 evə ziyan dəyib. Həkim qrupları həyatını itirənlərin təyyarədə səyahət edən 6 sərnişin və 2 ekipaj üzvü olduğunu açıqlayıb.

Medellin meri Daniel Kintero verdiyi açıqlamada, təyyarənin şəhərin Olaya Herrera hava limanından qalxdıqdan sonra mühərrikində nasazlıq yarandığını və eniş etmək üçün hava limanına qayıdarkən qəzaya uğradığını bildirib.
Kolumbiya Mülki Aviasiya rəsmiləri təyyarənin Wings Trade Support şirkətinə aid olduğunu və şəxsi səyahətlər üçün icarəyə götürüldüyünü, qəzanın səbəbinin aviasiya mütəxəssisləri tərəfindən araşdırıldığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button