2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Köməkçisi: “Navalnının sağlamlığı təhlükə altındadır”

Yayımlandı: 28 Noyabr 2022 14:50

Volkov deyir ki, müxalifət liderinə ailəsi ilə görüş verilmir

“Aleksey Navalnının sağ qalması onun Vladimir Putin üçün gələcək sövdələşmə predmeti kimi dəyərindən asılı ola bilər”.

Saytların yığılması Saytlarin yigilmasi

Navalnının baş köməkçisi Leonid Volkov bildirib ki, müxalifət liderinin qeyri-müəyyən müddətə karserə salındıqdan sonra sağlamlığı risk altındadır.

Londona səfəri zamanı çıxış edən Volkov əlavə edib ki, Navalnı ailəsi ilə görüşə bilməyib və ötən həftə Rusiya hakimiyyətinin təcrid qərarından sonra daimi olaraq “8-12 fut” kamerada saxlanılır.

Yalnız Navalnının vəkillərinə iş günləri onun həbsxana koloniyasına baş çəkməyə icazə verilir:

“Vəkillərin onunla görüşməsinə icazə verilmir. Görüş baş tutanda da onunla yalnız qeyri-şəffaf şüşə vasitəsilə danışa bilirlər. Yəni onun fiziki vəziyyətininin necə olmasını müəyyən edə bilmirlər”.

Siyasətçinin köməkçisi bildirib ki, Navalnının əvvəllər müəyyən dərəcədə müdafiədən istifadə etdiyi hiss olunurdu, çünki o, mesajını mütəmadi olaraq həbsxanadan çıxara bilirdi. İndi isə bu, mümkün deyil.

Navalnının vəkilləri onun gücünün tezliklə tükənəcəyindən narahatdırlar. Eyni zamanda, onun yavaş-yavaş ictimaiyyətin diqqətindən kənarda qalacağından qorxurlar:

“Etiraf etməliyəm ki, indi vəziyyət çox pisdir, çünki indi onun xarici dünya ilə əlaqəsi məhduddur. Navalnının sağlamlığı təhlükə altındadır və fiziki vəziyyəti daha da pisləşə bilər”, – Volkov əlavə edib.

Navalnının tərəfdarları hesab edirdilər ki, Putin müxalifət liderinin həbsxanada zorakılıqla ölməsini istəməz, çünki bu zaman Rusiya Prezidenti günahlandırılacaq:

“Lakin əvvəllər ən azı Navalnını dünya izləyirdi. Bu, bir növ onu diqqət mərkəzində saxlayırdı və qoruyurdu. İndi isə o, bundan məhrumdur”.

Navalnı 2021-ci ilin fevralında qısa zaman ərzində mühakimə olunduqdan sonra həbs edilib.

O, Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Sonradan barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilib və o, 3.5 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılıb.

O, kimyəvi maddə ilə zəhərlənməsində Rusiya Prezidenti Vladimir Putini günahlandırıb.

Kreml Navalnının zəhərlənməsində hər hansı rolunun olmadığını bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button