2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Komitə sədri ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasını Azərbaycana səfərə dəvət edib

Bakı/17.09.21 Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 17-də Xristian Liderlər Konqresinin prezidenti, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının keçmiş müvəkkili Conni Murla görüşüb. Bu barədə komitənin yaydığı məlumatda deyilir.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda dini durum sabitdir, tolerantlıq yüksək səviyyədədir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkilik yodur.  

Qurbanlı bildirib ki, Azərbaycanda 37 qeyri-islam dini qurum dövlət qeydiyyatına alınıb, islami dini icmalarla yanaşı, onlara da dövlət büdcəsindən maddi yardm ayrılır. 

Saytların yığılması Saytlarin yigilmasi

Komitə sədri ABŞ tərəfə iradlarını da bildirib: “ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının bu yaxınlarda yaydığı sənəddə heç bir fakta söykənməyən qərəzli mövqe sərgilənir”, deyə o bildirib.

Eyni zamanda, Qurbanlı qonağın diqqətini 30 il işğalda qalan ərazilərdə ermənilərin etnik təmizləmə və soyqırım həyata keçirməsinə, 60-dan çox məscidi dağıtmasına, Azərbaycan toponimlərini erməniləşdirməsinə və s. çəkib.

O, Ermənistanın Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması barədə faktların sözügedən arayışda yer almaması ilə yanaşı, əsassız iddiaların irəli sürülməsinin təəssüf doğurduğunu söyləyib.

Qurbanlı hesab edir ki, həqiqətləri bilmək üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası üzvlərinin Azərbaycana səfər etmələrinə zərurət var.

Xristian Liderlər Konqresinin prezidenti Conni Mur isə komitə sədrinə Azərbaycana səfəri çərçivəsində Cəbrayılda olarkən erməni vandalizminin acı nəticələrini, dağıntıları öz gözləri ilə gördüyünü və bu mənzərədən dəhşətə gəldiyini bildirib. -05D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button