2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Komitə sədrindən idman federasiyalarına ittiham

Azərbaycanda dopinqə qarşı mübarizədə qanunvericilik sərtləşdiriləcək və maliyyə cərimələri artırılacaq. Bunu barədə Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov deyib.

Deputat komitənin iclasında bildirib ki, dopinqə qarşı maliyyə cərmələri bu gün çox aşağıdır və bunu ödəmək də asandır:

“İnzibati Xətalar Məcəlləsində dopinq istifadəçilərinə qarşı müəyyən maliyə cərimləri nəzərdə tutulub. Amma bu gün həmin cərimələr çox aşağıdır. Dopinq istifadəsinə görə, məcəllədə cərimələr 40 manatdan 200 manat qədər göstərilir.

Saytların yığılması Saytlarin yigilmasi

Böyük idman klubkları və federasiyaları üçün bu məbləğ çox aşağıdır. İndiki mövcud nəticəyə baxsaq görərik ki, bu məbləği ödəmək çox asandır”.

Fuad Muradov dopinqə bağlı İnzibati Xətalar Məcəlləsindəki maliyyə cərimələrinin artırılmasını mütləq hesab edib.

Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycanda məsuliyyətsiz idman federasiyaları da var:

“Buna görə də dopinqə qarşı mübarizədə maliyyə cərimələrinin artırılmasını və bu sahədə mövcud olan inzibati qanunvericiliyin sərtləşdirilməsini təklif edirik.

Çünki bu gün dopinqə qarşı mübarizə aparmaq üçün idmançıların, məşqçilərin və həm də federasiyaların məsuliyyəti birə beş artırılamlıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda məsuliyyətsiz idman federasiyaları da var”.

Deputat əlavə edib ki, doppinqə görə idmançılar və federasiyalar çox ciddi cəza alacaqlar:

“Dopinqdən istifadə edən idmançılar və federasiyalar çox ciddi şəkildə cəzalandırılacaqlar.

Yeni yaradılacaq qanunda dünya təcrübəsindən yararlanacağıq. Belə ki, doppinqə qarşı mübarizə haqqında milli qanunumuzda dünyada mövcud olan ən ciddi cəzaları tətbiq edəcəyik”. (modern.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button