24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Kommunikasiyaların açılması üzrə işçi qrupunun iclası Moskvada keçiriləcək

Bakı/01.12.21 Dekabrın 1-də Moskvada regionda kommunikasiyaların açılması üzrə RusiyaAzərbaycan-Ermənistan üçtərəfli işçi qrupunun iclası keçiriləcək. Üç ölkənin baş nazir müavinləri noyabrın 26-da Soçidə üç ölkənin liderləri tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə praktiki məsələləri nəzərdən keçirəcəklər.

Xatırladaq ki, gündəlikdə iki əsas məsələ var: Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanması, habelə kommunikasiyaların – dəmir və avtomobil yollarının açılması.

Bu addımlar humanitar məsələlərin həllilə müşayiət olunmalıdır ki, bu da Qarabağda saxlanılan erməni hərbçilərin azad edilməsini nəzərdə tutur. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button