2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Kompakt ölçülü termonüvə reaktorunda rekord temperaturlu plazma əldə olunub

    Britaniyanın Tokamak Energy şirkəti ST40 adlı kürə formalı tokamak (maqnit vasitəsilə plazmanın saxlanması üçün nəzərdə tutulmuş qurğu) daxilində plazmanın rekord temperaturunu əldə etdiyini bildirib. Belə ki, reaktorun işlək kamerasında plazma 100 milyon dərəcə Selsi temperatura kimi qızdırılıb. Bu, kommersiya məqsədli bu cür qurğuların istifadəyə verilməsi yolunda əldə edilmiş vacib nəticədir. Bu yolun davamlılığı sözsüz ki, növbəti 10 il ərzində davam edəcək. Lakin təmiz və sonsuz enerji mənbəyinin əldə edilməsi yolunda ilk uğurlu addımlar artıq atılır. Tokamak Energy şirkəti öz qurğusu ilə sübut etməyə çalışır ki, kompakt ölçülü və ucuz başa gələn termonüvə reaktorunu yaratmaq və istifadəyə vermək mümkündür.

ST40 adlı tokamak:

Saytların yığılması Saytlarin yigilmasi

    4 il bundan öncə şirkət ST40 adlı tokamakın prototipini işə salmışdı və həmin vaxtda prototip daxilində plazma 15 milyon dərəcə Selsiyə kimi qızdırılmışdı. Həmin təcrübə nəticəsində əldə edilmiş məlumatların analizindən sonra şirkət qurğunu təkmilləşdirdi və indi onun sayəsində kürə formalı tokamaklar arasında rekord göstərici əldə edilib. Qeyd etmək lazımdır ki, toroid formalı termonüvə reaktorları üçün plazmanın 100 milyon dərəcə Selsiyə kimi qızdırılması rekord göstərici deyil. Lakin kürə formalı tokamaklar üçün bu çox vacib nailiyyətdir.

    Kürə formalı tokamaklar plazmanı maqnit sahəsinin daha aşağı induksiyası vasitəsilə saxlamağa imkan verirlər. Bu isə öz növbəsində qurğunun istifadəsi zamanı enerji qənaətinə imkan verir. Növbəti mərhələdə ST40 adlı tokamak yenidən təkmilləşdiriləcək və ST-HTS adını əldə edəcək. Tokamak konstruksiyasında reallaşdırılacaq əsas yenilik ondan ibarət olacaq ki, onda yüksək temperaturlu super keçiricilik özəlliyinə sahib materiallardan hazırlanmış elektromaqnitlərdən istifadə ediləcək. Şirkətin fikrincə bu öz növbəsində kommersiya məqsədli termonüvə reaktorunun prototipinin layihələşdirilməsinə yol açacaq. Əgər ST-HTS qurğusunun işə salınması bu onilliyin ortasında baş versə, növbəti onilliyin əvvəlinə kimi ilk təcrübi termonüvə qurğusunun işə salınmasını gözləmək olar.

24 saat” “Kompakt ölçülü termonüvə reaktorunda rekord temperaturlu plazma əldə olunub” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button