2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün CTF2022 müsabiqəsi başlayır

    Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər arasında bənzərsiz bir yarış olan CTF2022 başlayır. Komandalar və fərdi iştirakçılar üçün müsabiqəyə qeydiyyat www.ctf.az saytında açıqdır. Artıq dördüncü ildir ki, təşkil olunan yarışma çərçivəsində ölkənin hər yerindən olan kibertəhlükəsizlik üzrə mütəxəssislər bir araya gələrək güclərini sınayacaqlar. CTF formatı, kompüter sistemlərinə hücum və müdafiə sahəsində mütəxəssislərin bacarıqlarını qiymətləndirməyə imkan verir.

Saytların yığılması Saytlarin yigilmasi

    İştirakçılara veb və binar tətbiqetmələrdə zəifliklərin istismarı, kriptoqrafiya, tərs mühəndislik və s. mövzularda tapşırıqların həllini onlayn rejimdə tapmaq təklif ediləcəkdir. Bu il yarışma əlavə müsabiqə tapşırıqları hesabına genişləndiriləcəkdir.

    İnformasiya təhlükəsizliyi sahəsində hazırlıq dərəcəsindən asılı olmayaraq, maraqlanan bütün mütəxəssislər iştiraka dəvət edilir.

    Yarışın təşkilatçıları “SmartIT” şirkəti və “Kapital Bank Cybersecurity” Komandası, tərəfdaşları isə “BAKOTECH” və “SOFTPROM” şirkətləridir.

    CTF Azərbaycanına aid vacib məqamlar:

    Müsabiqədə iştirak üçün qeydiyyat mayın 23-dən müsabiqənin saytında (www.ctf.az) start götürmüş və iyunun 2-dək davam edəcəkdir.

    Müsabiqə günü, 3 iyun saat 11:00-dan 23:00-dək onlayn yarışlar keçiriləcək və tapşırıqlar yerləşdiriləcəkdir.

    10 iyun tarixində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək və ilk üç yeri tutan qaliblər açıqlanacaqdır. 

    Müsabiqənin mükafat fondu 6000 AZN ekvivalentində müəyyən edilib. 

    Yarışların nəticələrinə əsasən, ümumi hesabda ilk üç yeri tutan qaliblər mükafatlandırılacaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button