Xəbərlər
Kondisioner koronavirusu daha sürətlə yayır
Çində alimlər araşdırma apararaq, bu ilin yanvar ayında kondisioner vasitəsilə doqquz nəfərin koronavirusa yoluxduğunu müəyyən ediblər.
az24saat.org Oxu.Az-a istinadən xəbər verir ki, koronavirusu simptomsuz keçirən xəstəyə aid mikrodamcılar kondisioner vasitəsilə digər şəxslərə ötürülüb.
Həmin şəxsin digərləri ilə bir metrdən çox məsafədə olmasına baxmayaraq, restoranda olan doqquz nəfər COVID-19-a yoluxub.
Bununla da, kondisionerin virusu daha sürətlə yaydığı qənaətinə gəlinib.