2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Konqresdə Azərbaycana hərbi yardıma blok qoyulması təklifinə baxılacaq

ABŞ Konqresinin Qərarlar Komitəsi ölkənin xarici yardımları nəzərdə tutan qanununa konqresmen Frenk Pallone və onun Konqresdəki Erməni kokusu (qrupu) üzrə həmkarlarının düzəlişinin Nümayəndələr Palatasında səs qayulmasına dair qərar qəbul edib.

Amerika Erməni Milli Komitəsinin (ANCA) yaydığı xəbərdə deyilir ki, Pallonenin təklif etdiyi düzəliş Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını nəzərdə tutur.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə konqresmenin özü də iyulun 28-də Twitter-də yazıb:

“Azərbaycanın bugünkü hücumu Ermənistan torpağını oğurlamaq və onun demokratiyasını pozmaq planının tərkib hissəsidir. Əgər bu təcavüzə laqeydlik davam edərsə, onlar ölümcül hücumlarını maneəsiz davam etdirəcəklər. Mənim Nümayəndələr Palatasının xərclər barədə qanununa düzəlişim Azərbaycan qüvvələrinin maliyyələşdirilməsinin dayandırılmasına bir mesajdır”.

ANCA-nın xəbərində deyilir ki, “Pallone Düzəlişi” “Beynəlxalq Hərbi Təhsil və Təlim” və “Xarici Hərbi Maliyyələşdirmə Proqramı” qanunları üzrə Azərbaycana hər hansı vəsaitlərin dayandırılmasını nəzərdə tutur.

Bu da qeyd olunur ki, sözü gedən dəyişiklik Azərbaycana ABŞ Müdafiə Nazirliyinin xətti ilə hərbi avadanlığın verilməsi imkanlarına təsir göstərməyəcək.

ABŞ Nümayəndələr Palatasındakı Erməni kokusuna demokratlar Frenk Pallone, Adam Şiff, Ceki Speyer və respublikaçılar Qus Bilirakis, Deyvid Vaaldao daxildirlər.

Sözü gedən düzəlişə bir neçə başqa konqresmenlər də dəstək veriblər. Onların arasında kaliforniyalı demokrat Cudi Çu da var. O iyulun 28-də bu barədə bəyanatla çıxış edib.

Xanım Çu bildirib ki, ABŞ Nümayəndələr Palatasının ABŞ-ı bu məsələdə “düzgün mövqeyə çıxarmaq” və Azərbaycanın zoraklılığa son qoyması üçün ona təzyiq göstərmək imkanı var.

24 saat” “Konqresdə Azərbaycana hərbi yardıma blok qoyulması təklifinə baxılacaq” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button