2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Konstitusiya dəyişikliyi hakimiyyəti möhkəndirməyəcək”

 

Sülhəddin Əkbər: “Belə olsaydı heç bir kral devrilməzdi”

Bunu 24saat.org-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bildirib. Partiya sədri tarixin bunu isbatlayacaq faktlarla zəngin olduğunu bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Əgər hakimiyyət hesab edirsə ki, bu dəyişikliklə onlar hakimiyyətin möhkəmlənməsinə nail olacaqlar, yanılırlar. Görünür onlar dünyada, xüsusilə də müsəlman dünyasında gedən prosesləri görmürlər. Əgər görmüş və dərk etmiş olsaydılar, belə bir addım atmazdılar. Anlamırlar ki, prezidentlik müddətini artırmaqla hakimiyyəti möhkəmləndirmək olmaz. Belə olsaydı. o zaman gərək şahlar, krallar, sultanlar heç vaxt devrilməyəydi. Çünki onlarda ümumiyyətlə seçki sistemi yox idi.

Hakimiyyəti möhkəmləndirməyin yeganə yolu hakimiyyətin xalqın iradəsinə tabe edilməsi, ona arxalanması, azad və ədalətli seçkilərin keçirilməsidir”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button