2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Konstitusiya ilə keçən 26 il…

Noyabrın 12-si Azərbaycanda Konstitusiya Günüdür. SSRİ dağılandan sonra (1991) müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu düz dörd il çəkdi. Nəhayət, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi.

2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya dəyişikliklər edilib. 2002-ci il dəyişikliklərində baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu aldı. Ondan bir il sonra da hazırkı prezident İlham Əliyev baş nazir kürsüsünə gətirildi. 2009-cu ildə də bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırıldı. Ondan sonra da prezident İ.Əliyev üçüncü və dördüncü dəfə bu vəzifəyə seçildi. Nəhayət, 2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırıldı. Ölkədə vitse-prezidentlik statusu təsis edildi. 2017-ci ildə İ.Əliyev öz xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin etdi…

Bəs sonradan belə dəyişdirilən Azərbaycan Konstitusiyasına indi nə dərəcədə əməl olunur?

Saytların yığılması Saytlarin yigilmasi

Z.Oruc

“Müstəqil ölkənin həyatında mühüm hadisə”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da “Turan”a xatırladıb ki, müstəqillik qazanandan yalnız dörd il keçəndən sonra Azərbaycanda Konstitusiya qəbul edilib: “Bu, özü-özlüyündə Sovetlər Birliyindən sonra gerçəkdən müstəqil ölkənin həyatında mühüm bir hadisə idi”.

Onun sözlərinə görə, Konstitusiyanın ən ali dəyərlərinin, mühüm prinsiplərinin, ondan irəli gələn qanunların mükəmməl işləməsi üçün müxtəlif təminatlar gərəkdir: “İctimai institutların inkişafı, dövlət-vətəndaş münasibətlərinin qabaqcıl ölkələrin səviyyəsinə qalxması, xarici müdaxilələrə və basqılara qarşı vahid mövqenin formalaşması yalnız bir hüquqi aktın qəbulu ilə məhdudlaşmır. Sonrakı dönəmdə bütün mühüm institutların birgə fəaliyyəti tələb olunur”.

Z.Oruca görə, İkinci Qarabağ müharibəsində qələbədən sonra ölkənin artıq bütün ərazisi üzrə Konstitusiyanın bütün normalarını bərqərar etmək, o cümlədən vətəndaşların hüquq və azadlıqlarını daha da genişləndirmək yönündə görüləcək işlər çoxdur: “Cənab prezidentin 2019-cu ildə yeni hakimiyyət quruculuğu siyasətini daha da gücləndirərək Konstitusiyanı cəmiyyətin ən ali dəyəri kimi bərqərar etməliyik”.

H.Həsənov

H.Həsənov

“Konstitusiyanı mənfiyə apardı”

“Hüquq və İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə AzadlıqRadiosuna bildirib ki, 1995-ci ildə qəbul olunan Konstitusiyada xeyli yaxşı müddəalar var idi: “Bəzi nüansları çıxmaq şərtilə ümumən beynəlxalq standartlara cavab verən bir əsas qanun idi. Lakin sonra üç dəfə Konstitusiya dəyişikliyi oldu. Bu dəyişikliklər nəticəsində, əsasən, hüquqlarının məhdudlaşdırılması, icra hakimiyyətinin səlahiyyətlərinin genişləndirilməsi, rolunun artırılması baş verdi və Konstitusiyanı mənfiyə apardı”.

Ekspertin fikrincə, Konstitusiyada insan hüquqlarının genişləndirilməsinə, qanunverici və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin artırılmasına xidmət edən dəyişikliklərə ehtiyac var: “Bu gün Azərbaycan Konstitusiyasında insan hüquqlarının tətbiqi, məhkəmələrin müstəqilliyi ilə bağlı xeyli problemlər var. Bunun nümunələri kimi insan hüquqlarına dair beynəlxalq hesabatları və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını göstərmək olar”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button