Now Reading:
Konstitusiya Məhkəməsində baxılan şikayətlərin sayı məlum oldu

Konstitusiya Məhkəməsində baxılan şikayətlərin sayı məlum oldu

“Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu ümumilikdə 324 qərar, o cümlədən fərdi şikayətlər əsasında 113 qərar qəbul edib”.

Modern.az-ın xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, həmin qərarlar Konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquqlarının və azadlıqlarının qorunmasına xidmət edir:

“Konstitusiya Məhkəməsinin qərarlarında ərizəçilərin pozulan hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, bərabərlik hüququ, mülkiyyət hüququ, əmək, mənzil, istirahət və sosial təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb”.

F.Abdullayevin söyləyib ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilən qərarlar sırasında konstitusiya və qanunların şərhinə dair çıxarılan qərarlar xüsusi hüquqi çəkiyə malikdir:

“Konstitusiya Məhkəməsi bu günədək konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair 143 qərar qəbul edib”.

Qeyd edək ki, iyulun 18-də Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 18 il ötür.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.