2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Konstitusiyaya dəyişikliklərə cəmi 25 faiz ‘səs verəcək’


Rusiyalıların cəmi 25 faizi qərara gəlib ki, referenduma gedərək Konstitusiyaya dəyişikliklərə səs versin. Bu haqda “Açıq media” Levada mərkəzinin yeni sorğusunun nəticələrinə əsasən yazır. Sorğu onu da üzə çıxarıb ki, rusiyalıların 45 faizi Vladimir Putini 2024-cü ildən sonra da ölkənin başında görmək istərdi. 46 faizsə buna qarşıdır.   Seçici yox, əlçalan Vətəndaşların 40 faizi ölkənin əsas qanununa dəyişikliklərlə bağlı səsverməyə getmək niyyətindədir, ancaq hələ seçim qərarını verməyiblər. 23 faiz deyib ki, dəyişikliklərə səs verməyəcəklər, 10 faiz ideyaya qarşıdır. 64 faiz respondent Konstitusiyaya təklif edilən dəyişikliklərin mahiyyətini anlamadıqlarını, 58% buna ehtiyac görmədiklərini deyiblər. “Adamlar dəyişiklikləri mahiyyətini, belə təcili səsverməni, onun vacibliyini anlamırlar. Amma onlar ümumi mahiyyəti başa düşürlər: Putin hakimiyyətini saxlamağa çalışır. Ona görə də Putinin hakimiyyətdə qalmasını dəstəkləyənlər Konstitusiyaya dəyişiklikləri də dəstəkləyirlər, heç konkret detallara girmirlər”, – Levada mərkəzinin direktoru Lev Gudkov nəticələri belə təhlil edib. Respondentlərdən onu da soruşublar ki, indiki Konstitusiyanı oxuyublarmı, onu anlayırlarmı. Rusiyalıların 41 faizi ölkənin əsas qanununu heç oxumadığını; 29% oxuduğunu, ancaq anlamadığını; 22 faiz pis başa düşdüyünü deyib. Yalnız 8% deyib ki, Konstitusiyan yaxşı başa düşür. Konstitusiyaya düzəliş tərəfdarlarının böyük hissəsi – 250 nəfərə yaxın şəxs heç vaxt əsas qanunu oxumadığını deyib. Ancaq bu heç də onların dəyişiklikləri dəstəkləməsinə mane olmur. “Bu, bir sovet ənənəsidir, hakimiyyətə seçici deyil, əlçalan, ritual dəstək lazımdır”, – Gudkov vurğulayır. 79 faiz səsvermə haqda eşidib VTSİOM-un keçirdiyi rəy sorğusuna görəsə, rusiyalıların 79 faizi Konstitusiyaya planlaşdırılan səsvermə haqqında eşidib. Ancaq cəmi 23 faizin konkret təkliflərdən xəbəri var. Vətəndaşların 66 faizi referenduma gedəcəyini deyib. Putin yanvarın 15-də Konstitusiyaya dəyişikliklər planını açıqlayıb. Yanvarın 20-də qanun layihəsi Dövlət Dumasına daxil olub, yanvarın 23-də birinci oxunuşda baxılıb. Layihənin yekun versiyası hələ hazırlanmaqdadır. Dəyişikliklər sırasında Rusiya qanunlarının beynəlxalq hüquq normaları üzərində üstünlüyü; nə vaxtsa ikinci vətəndaşlığı olmuş, yaxud başqa ölkədə yaşamış şəxslərin ali vəzifə tutmasının məhdudlaşdırılması; yüksək vəzifəli şəxslərin xaricdə aktivlərinin olmasının yasaqlanması; bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qadağa; pensiya və sosial müavinətlərin indeksasiyası nəzərdə tutulub. Təklif olunan dəyişikliklər üzrə səsvermə aprelin 22-nə təyin olunub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button