Manşet

“Könüllülər üçün insan resurslarının idarəedilməsi üzrə baza təlimləri” layihəsi başa çatıb.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və AİRA-nın tərəfadaşlığı ilə baş tutub.

2 ay müddətində davam edən layihənin əsas məqsədi gənclər arasında insan resurslarının əsas funksiyalarını, mahiyyətini aşılamaq, iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalını inkişaf etdirməkdir.

Layihə müddətində iştirakçılar üçün 4 modul üzrə praktiki təlimlər təşkil olunub

“İnsan resurslarının idarə edilməsi”
“İşə qəbul və seçim mərhələləri”
“Əmək məcəlləsi və kadr kargüzarlığı”
“Əmək haqqının hesablanması”

Qeyd edək ki, layihədə 16-25 yaş aralığında qeydiyyatdan keçmiş, ali təhsilli və bu sahədə karyera qurmaq istəyən 30 gənc iştirak edib.

“24 saat”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button