2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Koronavirus hansı ölkələrdə qorxuludur?

ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu

Statistik məlumatlara görə, dünya üzrə koronavirusun daşıyıcısı olanların sayı bu günə qədər 197295 nəfər olub. İlk onluqda aşağıdakı ölkələrdir: 81074 nəfər Çində, 31506 nəfər İtalıyada, 16169 nəfər İranda, 11826 nəfər İspaniyada, 9297 nəfər Almaniyada, 8320 nəfər Cənubi Koreyada, 7695 nəfər Fransada, 6363 nəfər ABŞ-da, 2700 nəfər İsveçdə, 1960 nəfər Böyük Britaniyada yaşayır.
Bizim ölkənin qonşularına gəlincə, Gürcüstanda 34, Ermənistanda 78, Türkiyədə 98, Rusiyada 114 nəfər koronavirus daşıyıcısı rəsmi qeydiyyata alınıb. Azərbaycanda bu göstərici 34-dür.
Ölüm hallarının statistikası göstərir ki, bu virus dünya üzrə 7940 nəfərin həyatına son qoyib. Onlardan Çində 3122 nəfər, İtaliyada 2503 nəfər, İranda 988, İspaniyada 533 nəfər, Fransada 148 nəfər, Cənubi Koreyada 81 nəfər, Böyük Britaniyada 71 nəfər, ABŞ-da 111 nəfər dünyasını dəyişib. Yoluxanlar arasında ən yüksək ölüm faizi İtaliyada -8 %, İranda 6,1%, İspaniyada 4,5%, Çində ölüm faizi 3,68 %, Böyük Britaniyada 3,62% Fransada 1,9%, ABŞ-da 1,7%, Cənubi Koreyada 0,97 % -dir.
Dünyasını dəyişənlərin statistikasına görə, yoluxanlar arasında ölüm riski yaşı 80-dən yuxarı olanda 14,8 faiz, 70-79 arasında olanda 8 faiz, yaşı 60-69 yaş qrupunda 3,6 faiz, yaşı 50-59 arasında olanda 1,3 faiz , yaşı 40-49 arasında olanda 0,4 faiz, yaşı 30-39 arasında olanda 0,2 faiz, yaşı 20-29 arasında olanda 0,2 faiz, yaşı 10-19 arasında olanda 0,2 faizdir.
Bu günə olan məlumata görə, dünya üzrə 81911 nəfər bu virusdan sağalıb ki, onlardan da 56883-ü Çində, 5389-u İranda, 2941-i İtaliyada, 1540-ı Cənubi Koreayada, 1028-i İspaniyada yaşayır.
Tədqiqatlar göstərir ki, yoluxma və ölüm hallarının sayı aşağıdakı faktorlardan asılıdır:

Saytların yığılması Saytlarin yigilmasi
  • səhiyyənin durumu (infrastruktur və tibbi personalın keyfiyyəti, dərman və tibbi ləvazimatlarla təchizat və sairə)
  • pasiyentin yaşı
  • idarəçiliyin keyfiyyəti və qərarların çevikliyi
  • insanların davranışı,təlimatlara əməl etmə səviyyəsi və s.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button