2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Koronavirus uşaqlarda “ciddi xəstəliklərə” səbəb ola bilər

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin cümə günü yaydığı hesabatda bildirilir ki, koronavirus uşaqlar və yeniyetmələrdə “ciddi xəstəliklərə” səbəb ola bilər.

İyun ayının sonundan avqust ayının ortalarınadək, koronavirusun yoluxuculuğu yüksək olan delta variantı artdığı zaman COVID-19-la əlaqədar həftəlik xəstəxanaya yerləşdirilən insanların sayı beş qat artıb. Lakin “vaksin olunmamış yeniyetmələr” arasında xəstəxanaya yerləşdirmə nisbəti “vaksin olunmuş yeniyetmələrlə müqayisədə 10 qat yüksək olub,” araşdırmada bildirilib.

Hindistanın səhiyyə naziri şənbə günü səhər bildirib ki, son 24 saat ərzində COVID-19-a 42 618 yeni yoluxma və 330 ölüm halı qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hindistan COVID rəqəmlərinə görə Birləşmiş Ştatlardan sonra ikinci yerdə gəlir. Con Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, Hindistanda ümumilikdə 33 milyon yoluxma, 440 225 ölüm halı qeydə alınıb. Mərkəz ABŞ-da 40 milyon qoluxma və 650 minə yaxın ölümün baş verdiyini bildirir. Lakin ictimai sağlamlıq rəsmiləri xəbərdarlıq edib ki, Hindistanda göstərilən rəqəmlər həqiqi göstəricilərdən azdır.

Yeni Zelandiyada isə 200-dən çox uzun bir müddətdə ilk dəfə COVID-19-la əlaqədar ölüm halı qeydə alınıb. Belə ki, 90 yaşlarında bir qadın COVID səbəbilə həyatını itirib.

Həkimlər qadında COVID-dən əlavə bir neçə başqa səhiyyə problemlərinin olduğunu bildirir.

Cons Hopkins Resurs Mərkəzi şənbə günü bildirib ki, dünya boyu koronavirusa təxminən 219.8 milyon yoluxma və 4.5 milyon ölüm halı qeydə alınıb. Mərkəz indiyərək 5.4 milyard vaksinin tətbiq olunduğunu söyləyir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button