2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Koronavirusdan 23 nəfər vəfat edib

Bakı/13.02.22 Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 843 nəfər artaraq 6 841 nəfərə çatıb, 6 772 nəfər müalicə olunaraq sağalıb. Dünən infeksiyaya yoluxanların 5948 nəfər olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 23 vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 745 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9 050 nəfər vəfat edib, aktiv xəstə sayı 50 031 nəfərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 387, ötən müddət ərzində isə ümumilikdə 6 390 225 test aparılıb.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 478 257, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 267 458, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 764 254, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 446 545 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.-03- 

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button