2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Koronavirusdan ölüm sayı 5 milyonu keçdi

COVID-19-dan qlobal ölüm sayı 5 milyonu keçib. Koronavirus 2019-cu ilin dekabrında Çindən yayılmağa başlayıb.

Ekspertlər bildirirlər ki, John Hopkins Universitetinin noyabrın 1-də verdiyi məlumat reallığı tam əks etdirmir.

Beləki 5 milyon rəqəminə xəstəxanalardan kənarda vəfat edənlər və koronavirusdan öldüyü qeydə alınmayanlar daxil deyil.

Saytların yığılması Saytlarin yigilmasi

İndiyədək bütün dünyada COVID-19-a 247 milyon yoluxma qeydə alınıb, lakin bu rəqəmin özü də reallıqda olduğundan azdır.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, koronavirusdan ölənlərin sayı reallıqda iki-üç dəfə çox olmalıdır.

Bu sahədə ən kədərli göstərici Birləşmiş Ştatlarda qeydə alınıb. Rəsmi rəqəmlərə görə ABŞ-da koronavirusa yoluxan 46 milyon insanın 746 mini vəfat edib.

Ölüm sayına görə ikinci olan Braziliyada bu rəqəm 608 mindir. Hindistanda COVID-dən 458.5 min, Meksikada 288 min və Rusiyada 240 min nəfər vəfat edib.

Şərqi Avropa, Rusiya, Ukrayna

Bu da xəbər verilir ki, pandemiya bəzi yerlərdə səngisə də, dünyanın başqa yerlərində yoluxmalar sürətlə artır. Belə regionlardan biri də şərqi Avropadır.

Rusiya, Ukrayna və şərqi Avropanın peyvəndləmə faizi aşağı olan digər ölkələrində son günlərdə yeni karantin məhdudiyyətləri qoyulub.

Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günləri elan edilib. Əksər dövlət idarələri və özəl bizneslər işlərini dayandırmalı olub.

Ukrayna paytaxtı Kiyevdə koronavirusa qarşı sərt karantin tədbirləri tətbiq olunur.

İndi Kiyev sakinləri və paytaxtın qonaqları restoranlara, kafe və barlara, idman zallarına, əyləncə yerlərinə və ticarət mərkəzlərinə yalnız vaksin sertifikatları və ya COVID-19 üçün neqativ test nəticəsi barədə arayışla buraxılırlar.

Bütün yayı virusu nəzarət altında saxlamış Çex Respublikasında da buna bənzər rejim qüvvədədir.

Əhalisinin yalnız üçdə biri peyvənd olunmuş Rumıniya yoluxma sayına görə Avropada birincidir.

Noyabrın 1-də Almaniya ordusu çox ağır vəziyyətdə olan 6 rumıniyalını təyyarə ilə Berlinə gətirib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button