2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Koronavirusdan və Mehriban Əliyevadan qorxan diktatorumuz…

Əliyeva özünü hakimiyyətin hakimiyyəti kimi aparır. Diktatorların vərdişidir, güclü görünmək üçün hər zaman ətraflarına zəif adamları yığarlar. Zəif, qorxaq, gözükölgəli və yaltaq adamları. Onlar üçün ən qorxulu adamlar özlərindən ağıllı və güclü olanlardır. Ona görə, belələrinə nifrət edərlər, onları özlərindən uzaq tutarlar, zərərsizləşdirmək üçün yollar axtararlar. Baxın, İlham Əliyevin ətrafında kimlər var? Onların arasından bircə nəfər çıxıb, ölkədə baş verən qanunsuzluqlara etiraz edə bilərmi? “Belə ölkə idarə olunmaz” deməyə cəsarəti çatarmı kiminsə? Bunu demək bir yana, diktatorun şəxsi maraqlarına uyğun gəlməyən təklif verəcək biri varmı ətrafında? Xeyr, o, komandasını elə müti və xaraktersiz adamlardan formalaşdırıb ki, kimsə onun sözünün üstünə söz deyə bilməsin. Təbii, bir nəfər istisna olmaqla. Yəqin ki, onun da kim olduğunu anladınız. Ailədən biri olan Mehriban Əliyeva. O, prezidentin ətrafında olan yeganə şəxsdir ki, ona diktə etməyi bacarır. Şübhəsiz, bu da hələ o demək deyil ki, xanım Əliyeva onun antikonstitusion addımlarına qarşı çıxıb, xalqın xeyrinə nəsə bir iş görür. Əsla. Xanım onun yanında artıq özünü başqa bir hakimiyyət kimi aparır. Prezident qayınata vəfat edəndən sonra, onun yanına keçib istədiyini etdirir. Prezidentin zəif damarı xanım Əliyevaya bütün bağlı qapıları açmağa izin verib. Bu ərköyünlüklə xanım o qədər irəli gedib ki, gəlib düz prezidentlik kürsüsünün iki addımlığına çıxıb.

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentin qorxusunun səbəbləri

Əliyevin çevrəsindəki hər kəs ondan qorxur. Amma ondan da çox xanım Əliyevadan qorxur adamlar. İlham Əliyevin özü beləhikkəli arvadından qorxur. Bilirsiniz niyə? Çünki onu xanımından yaxşı tanıyan yoxdur. Onun qaranlıq keçmişini ondan yaxşı bilən ikinci adam yox.  Onun həyatı bütünlükdə Əliyevanın gözü qarşısında keçib. Onun hakimiyyətə necə hiyləylə hazırlandığını, necə plan qurulduğunu, necə saxtakarlıqla kürsüyə çıxarıldığını o hər kəsdən yaxşı bilir. Əliyeva yaxşı bilir ki, əri əhl-kefin, siyasi bacarıqsızın biridir və üstündə necə ağır cinayətlər var. Necə deyərlər, Mehriban Əliyeva onun yalan üzərində qurulmuş həyatının canlı şahididir. Ona görə də, iddialı, modabaz, intriqant xanımın kəsdiyi başa sorğu yox. O, yəqin ki, istədiyi hər şeyi İlham Əliyevə etdirə bilən yeganə adamdır hakimiyyət daxilində. Son 16 ildə onun haradan-haraya gəldiyinə diqqət etsəniz, sualınıza  cavab taparsınız. Hər şey prezident ərin qılığına girib mərhum qayınatanın adına fond yaratmaqla başladı. Sonra planlar, arzular, iddialar böyüdükcə, böyüdü. Eynilə, balıqçı ilə balığın nağılında olduğu kimi. Sonunda ambisiyaları yerə-göyə sığmayan xanım vitse-prezident olmaq istədi. Hakimiyyət komandasındakı çoxluğun etirazına baxmadan, oldu da. İndi də ərinin yerinə keçib, hakimiyyəti vərəsəlik yolu ilə uzun illər davam etdirmək arzusuna düşüb. Bacarmazmı? İlham Əliyev kimi sözəbaxan əri varkən, nədən bacarmasın?

Əliyeva ərindən çoxmu bacarıqlıdır?

Şübhəsiz, vitse-prezident xanımı ərindən fərqləndirən xüsusi bir bacarıq və qabiliyyət yoxdur. O, siyasətdən, ümumiyyətlə, xəbərsiz biridir. Əliyev güclü və ağıllı prezident olsaydı, siyasətdən piyada xanımı heç bir halda hakimiyyət mətbəxinə burun soxmaq iddiasına düşməzdi. Onun dünyagörüşü və bilikləri moda dünyasında baş verənləri izləməkdən uzağa getmir. Onun ən yaxşı bacardığı iş bahalı brendləri seçmək, geyinmək və plastik əməliyyatlar sahəsində baş verən yenilikləri öz üzərində sınaqdan keçirməkdir. Amma o məhz bacarıqsız əri sayəsində  özünü siyasətdə də sınamaq istəyir. Xanımın başında “ərim bacardısa, mən nədən bacarmayım” havası var, anlaşılan. Bax, bəlaya düşmək buna deyirlər. Onsuz da, Azərbaycan çoxdan Əliyevlərin sınaq laboratoriyası olub. İndi sınaq növbəsi ailənin üçüncü xanım üzvünə çatıb. Xalq onun prezident olmasını istəyirmi? Əlbət ki, istəmir və hətta onların bu planına qarşı çox da qəzəblidir. Lakin onlar üçün xalqın rəyi önəmli deyil ki. Onlar xalqsız da ötür-ötür oyununu uğurla başa çatdırıb məqsədlərinə çatacaqlarına inanırlar. Bu, xalqa və onlara nəyin bahasına başa gələ bilər? Bu, bir qədər qaranlıq sualdır. Yaşayarıq, görərik.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button