2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Koronavirusla mübarizə, yoxsa yarıtmazlığın bədəli?

Əliyevin topuğa dəyən daşı

Saytların yığılması Saytlarin yigilmasi

Əminliklə demək olar ki, Azərbaycan xalqı YAP hakimiyyətinə etimad etmir. Müalicə olunmaq istəyən adam ölkə səhiyyəsinə etibar etmir. Pulu olan adam ölkə banklarına etibar etmir. Haqsızlıqla üzləşən adam ədalətli qərarı Avropa Məhkəməsindən gözləyir. Adamlar hökumətdən o qədər nagümandırlar ki, intiharı, ölkədən qaçmağı çıxış yolu sayırlar. Vətəndaşı bu qədər ümidsiz, bu qədər inamsız edən Əliyev idarəçiliyidi.Bütün dünyanı koronavirus bəlası təhdid edəndə də,  yarıtmaz idarəçiliyin, vətəndaşa laqeyd münasibətin şahidi olduq. Bugünlərdə bütün dünya ölkələri vətəndaşına pul paylayır, çətinliklərə qarşı sosial paketlərlə çıxış edirlər. Azərbaycan hakimiyyəti isə koronavirusla mübarizə adıyla ianə toplayır. Amma bu pulların necə və hara xərcləndiyi məlum deyil. Spirt və maska yoxdur, karantin şəraiti bərbaddı, xalqa yalnız “evdə qal” deməklə, vəzifələrini bitmiş hesab edirlər. Məsələ bundadır ki, səhiyyəsinin vəziyyətinə, idarəçiliyinin bərbadlığına bələd olan hökumət sərhədləri vaxtında bağlamalıydı. Amma İlham Əliyev və komandası ilk günlərdən xalqa yalan vədlər verdilər, “virus nəzarətdədir” təbliğatı apardılar, şəxsi maraqlara görə sərhədləri gec bağladılar.

Əgər sosial şəbəkələr olmasaydı, bu gün də utanmadan  “bizdə koronavirus yoxdur” deyərdilər. Bəli, İlham Əliyevin “uzaqgörənliyi” bu dəfə də yaxını görə bilmədi. O hər şeydə olduğu kimi, koronavirusla mübarizədə də gecikdi. Virus ölkəyə qədəm qoyandan sonra sərhədləri bağlamaq, karantin qaydaları tətbiq etmək, daldan atılan daşa bənzəyir. Belə daş isə həmişə topuğa dəyir. Amma bu qədər yarıtmazlıqdan sonra  yenə də adekvat addımlar atılmır. Məhbuslarla bağlı, aztəminatlı ailələrlə bağlı operativ qərarlar qəbul edilmir. Əksinə, qiymətlərdə artım müşahidə edilir ki, bundan qazanan da hakim ailədir. Üstəlik, belə həssas məqamda İlham Əliyev milli həmrəyliyə nail olmaq əvəzinə, qisasçılıq mesajları verir, repressiyalara əl atır. Bir daha aydın görünür ki, İlham Əliyevi xalqın taleyi yox, hakimiyyətinintaleyi maraqlandırır. Dünyanın heç bir hökuməti koronavirus bəlasından rəqiblərini məhv etmək üçün yararlanmır. Bu “ideya” yalnız İlham Əliyevin ağlına gəlir. Məhz bu təfəkkürün, bu formada idarəçiliyin nəticəsidir ki, həmişə əsas işə gecikirlər, yanlış qərar qəbul edirlər. İndi hamını bir sual maraqlandırır.İlham Əliyevin budəfəki səhlənkarlığı bizə hansı bədəli ödətdirəcək, bu bəla bizə hansı məhrumiyyətləri yaşadacaq?

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button