Sağlam Həyat
Koronaviruslu xəstələrin bu dərmanlardan geniş istifadə etməsi yanlışdır-XƏBƏRDARLIQ!

Koronaviruslu xəstələrin bu dərmanlardan geniş istifadə etməsi yanlışdır-XƏBƏRDARLIQ!
“Bu gün narahatlıq doğuran məqamlardan biri xəstələrin xəstəxanalara ağırlaşmış vəziyyətdə daxil olmasıdır. Əhali arasında sosial şəbəkələr vasitəsi ilə çoxsaylı reseptlər dolaşır”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, qan durulducular qəbul olunursa, dozaları həkimlərlə məsləhətləşməlidirlər: “Deksametazon gün ölkədə geniş istifadə olunur, hətta apteklərdə tövsiyə edirlər. Bu, səhvdir. Antiviral preparatlar və antibiotiklər də bu sıraya daxildir. Həkim məsləhəti olmadan bu dərmanlardan ev şəraitində istifadə edilməməlidir”.
E-tibb.az