2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

‘Koronavirussuz’ Türkmənistanda COVID-19 tədbirləri görülür

“Hakimiyyətin diqqəti vəziyyətin ciddiliyini göstərir”, – bir müxbir söyləyib

Saytların yığılması Saytlarin yigilmasi

Türkmənistan hakimiyyəti ölkədə koronavirusa bircə yoluxmanın belə olmadığını desə də xəstəliyin qarşısının alınması üçün tədbirləri gücləndirib.

AzadlıqRadiosunun bu ölkədəki müxbirlərinin iyulun 25-də verdiyi xəbərə görə, işçilər küçələrə dezinfeksiyaedici maddə vurur, adamlara isə bazarlarda maska taxmaq tapşırılır.

“Adamlar maska taxmamağa öyrəşiblər. İndi isə yenə də buna icazə verilmir. İyulun 25-dən uşaqlar bağçaya spirt və nəm salfet gətirməlidirlər. Bütün bunlar əhali arasında panika yaradır”, – radionun müxbirlərindən biri söyləyib.

Yeni plan hazırlanır

Digər müxbirin verdiyi xəbərə görə, həftəsonu paytaxt Aşqabadın küçələri sanitariya və epidemiologiya stansiyasının əməkdaşları ilə dolub, onlar ictimai yerlərə xlorlu maddə səpiblər.

“Hakimiyyətin diqqəti vəziyyətin ciddiliyini göstərir”, – bir müxbir söyləyib.

Müxbirlərin sözlərinə görə, Türkmənistan avqustun 1-dən yeni məhdudiyyətlər tətbiq edəcək. Səhiyyə orqanlarındakı mənbələr deyiblər ki, hökumət hazırda konkret fəaliyyət planı üzərində işləyir. Plan təsdiqlənərsə, avqustun 1-dən yeni məhdudiyyətlər tətbiq edilə bilər.

Hökumətsə hələ də ölkədə koronavirusa bircə yoluxmanın belə olmadığını bildirir, baxmayaraq ki, əslində bu iddiaya heç kəs inanmır.

24 saat” “
‘Koronavirussuz’ Türkmənistanda COVID-19 tədbirləri görülür
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button