2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Koronavirusu qazanc mənbəyinə çevirən hökumət

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Bütün dünya ölkələri COVİD-19-la mübarizə sahəsində öz vətəndaşlarına və hətta heç vəsəndaşı olmayan sakinlərinə milyardlarla vəsait payladığı və bunu dərhal etdiyi bir vaxtda Azərbaycan hakimiyyətinin bir ay ərzində gördüyü işlər:

Saytların yığılması Saytlarin yigilmasi
  1. Fürsətdən istifadə edib tibbi sığortanın tətbiqini ləğv etdi və pis-yaxşı əhaliyə çatacaq bir milyarda yaxın vəsaiti kəsdi və bu çətin vaxtda insanları pulsuz tibbi müalicə hüququndan məhrum etdi;
  2. Karantin qaydalarının pozulmasına görə minimum əməkhaqından ya yüksək cərimələr tətbiq etdi, əhalini heç bir xəbərdarlıq etmədən, hətta apreklərdə satılmayan maska və əlcəklərdən istifadə etmədiyinə görə kütləvi şəkildə cəzalandırdı və bu yolla yeməyə çörək tapmadığı üçün küçələrə çıxmış çarəsiz insanlardan ən hələlik ən azı 3 milyon manatadək pul topladı.
  3. Koronavirusla Mübarizə Fondu yaradaraq işçilərinə yardım etməli olan şirkətlərdən, əhalinin kredit borclarını ertələməli və müştərilərinə güzəşt etməli olan banklardan ora kütləvi şəkildə pul yığdılar. Əhaliyə çatmalı olan 110 milyon manat vəsaiti də belə qazandılar. Bir ay keçib, lakin o vəsaitdən hələ bir kasıba bir manat yardım edildiyini eşitməmişəm.

Birdən elə düşünərsiniz ki, şanlı hökumətimizin verən əli yoxdur. Əsla! Macarıstana təmənnasız olaraq100 min maska veriblər, sağ olsunlar.

Əslində bir ailənin heç bir həftə yola verməyən 190 manat söhbəti isə hələ ki, quruca sözdür. Nə vaxt verəcəklər, kimə verəcəklər, ümumiyyətlə, verəcəklərmi- heç kim bilmir.

Bu günə, aprel ayının 10-na, faktiki karantinin başlamasından ötən bu bir ay ərzində bir insan hələ bu hökumətdən 19 qəpik fayda görməyib.

Hökumətin Koronavirusdan qazançı isə artıq bir milyard manatdan çoxdur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button