2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Koronavirusun yeni variantı – Mu

Dünya Səhiyyə Təşkilatı (DST) Britaniyada aşkar olunmuş daha bir koronavirus variantını özünün maraq siyahısına daxil edib.

The Mirror qəzeti yazır ki, hökumət mənbələri artıq virusun bu variantına 48 yoluxma qeydə alındığını bildirib.

Kod nömrəsi B.1.621, şərti adı “Mu” olan virus mutasiyası ilk dəfə bu ilin əvvəllərində Kolumbiyada qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

DST xəbər verir ki, yeni variant indiyədək 39 ölkədə aşkar olunub.

Alimlər yeni ştammın mutasiyalı olduğunu və bu səbəbdən vaksinə müqavimətli ola biləcəyini bildirirlər.

Əslində koronavirusun Beta variantı da vaksinlərə müqavimət göstərir.

Lakin ekspertlərin fikrincə bu məlumatlar hələlik tam təsdiq olunmayıb.

Britaniyada indiyədək 48 yoluxma

Mu variantı ilk dəfə Kolumbiyada qeydə alınıb və bu ölkədə bütün koronavirus yoluxmalarının 39 faizi onun payına düşür.

Qonşu Ekvadorda bu rəqəm 13 faizdir.

DST bildirib ki, virusun bu ştammı müşahidə altında saxlanacaq.

Təşkilatın məlumatında deyilir ki, ştamm ilk dəfə 2021-ci ilin yanvarında aşkar olunsa da, geniş dövriyyəyə daxil olmayıb.

Bu da qeyd olunur ki, hazırda Mu variantı ilə yoluxmaların azalması meyli müşahidə olunur.

Avqustun 25-ə olan məlumata görə Britaniyada indiyədək B.1.621 variantına 48 nəfər yoluxub. Bundan bir həftə əvvəl yoluxanların sayı 46 idi.

“Maraq” və “narahatlıq” kateqoriyaları

DST-nin “maraq siyahısına” daxil edilən virus variantları xüsusi olaraq monitorinq edilir.

Amma hazırda bu ştamm Delta və Alfa variantlarından daha az narahatlıq yaradır.

Hazırda bütün dünyada Delta variantı dominant olaraq qalır. Alimlər inanırlar ki, AstraZeneca və Pfizer vaksinləri bu variantın ağır xəstələnmələrinə qarşı 90 faiz effektivdir.

Lakin ümumilikdə sözü gedən vaksinlər Delta variantına qarşı 60-70 faiz gücə malikdir.

Hazırda dövriyyədə DST-nin “narahatlıq doğuran” kateqoriyasına daxil etdiyi 4 variant var.

İlk dəfə İngiltərənin Kent şəhərində müşahidə edilmiş Alfa variantı 193, Beta variantı 141, Qamma variantı 91 və Delta variantı 170 ölkədə yayılıb.

Mu adlanan yeni variant DST-nin “maraq kateqoriyasında” beşinci yerdədir.

Bununla belə, ötən ay Belçikadakı qocalar evlərindən birində bu varianta yoluxan 7 nəfərin vəfat etdiyi xəbər verilib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button