2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Koronovirus qorxuludur, yoxsa Əliyevlər ailəsi?

Ağıllı adam taleyini bu hakimiyyətə etibar edərmi? Qətiyyən. Çünki bu hakimiyyətin başında dayanan birinci adam ancaq bədbəxt hadisə baş verəndən sonra məsələləri nəzarətə götürür. Onun nəzarətə götürdüyü işlərin hansı ədalət çərçivəsində həll olunduğunu da özünüz bilirsiniz. Dünən o adam dünyanın kabusuna çevrilmiş koronavirusla bağlı vəziyyəti də nəzarətə götürdüyünü dedi. Siz, siz olun, onun yalanlarına inanmayın. Günlərdir ciddi təhlükə ocağına çevrilən İranla sərhəd yolu açıq, məktəblərdə dərslər davam edir, virusun yayılmaması üçün heç bir proflaktik tədbir görülmür. O virus ölkədə varsa, qripə yoluxan artıq yoluxub, bu nəzarət də daldan atılan daşa bənzəyir. Hələ bunların belə kritik məqamları fürsət bilib maska alverinə girişməsi də bir başqa dərddir. Yaxşı ki, elə bunu ölkənin başında duran adam- İlham Əliyev özü etiraf edir: “Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb…Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər.” Burdan cənab Əliyeva sual veririk: “bu ölkədə sizin ailədən başqa aptek işlədən kimsə qalıbmı, o maskaları gizlədib, millətə beşqat bahasına satan elə sizinkilər deyilmi?”

Yəqin diqqət etmisiniz, koronavirus bəlasına ən saymazyana yanaşan insanlar da elə azərbaycanlılardır. Küçəyə çıxın, metroya düşün, avtobusa minin, neçə adamı maskada görə bilərsiniz? Barmaqla sayılacaq qədər. Sizcə, səbəb nədir? Səbəb odur ki, Azərbaycan xalqı ən pis koronavirus bəlasının Əliyevlər ailəsi olduğunu çoxdan qəbul edib artıq. Bu xalq o virusdan elə çəkib ki, yer üzünə ondan betər bəla gələ biləcəyini ağlına belə sığışdırmır. 27 ildir bu xalq Əliyevlər virusunun əlində əsir-yesir qalıb. Bunlardan qorunmağa maska, vaksin, dava-dərmanmı kömək edər? 27 ildir havamızı-suyumuzu zəhərləyib, ömrümüzü yeyirlər, malımızı-pulumuzu oğurlayıb əzizlərimizi həbsxanalarda çürüdürlər, sağlamlığımızın, həyatımızın üzərində oyun oynayıb bərbad səhiyyələri ilə insanlarımızı öldürürlər. Bəli, bu rejim koronavirusdan qat-qat dəhşətli xəstəlikdir. İllərdir ölkənin mənəvi dəyərlərini dağıdan, nüfuzunu ayaqlar altına atan, imicini yerlə bir edən qorxunc xəstəlik. Hər gün Astara sərhədini keçib İrana müalicəyə gedən insanların sayını bilirsiniz? Gürcüstana, Türkiyəyə, Rusiyaya, Almaniyaya gedənlərin sayını necə? Ölkə insanı Əliyevlər virusundan qazandığı xəstəlikləri sağaltmaq üçün gümanı hara gəldi, baş alıb gedir. Orta imkanı olan normal ölkələrə, kasıblar da əlində-ovcunda olanı satıb İrana üz tutur. Diqqət edin, indi Əliyevin koronavirusu nəzarətə götürdüyü ölkədə səhiyyə nə gündədir ki, ayağı yer alan İrana qaçır. Həmin İrana ki, günlərdir koronavirusdan qan ağlayır. İndiyə kimi yüksək vəzifəli dövlət adamları və millət vəkilləri də daxil olmaqla, onlarla insanın öldüyü etiraf edilir. Bizdə isə hər zaman olduğu kimi hər şeyi gizlədirlər…

Saytların yığılması Saytlarin yigilmasi

Deyəsən insanların məsələni boş verdiyini görən səhiyyə nazirliyi də bizdə virusa yoluxanların sayı, kimliyi, yeri haqqında doğru-dürüst məlumat verməyi lazım bilmir. İndi onun bizdən hansı məsafədə olduğunu kimsə bilmir. Hələ bir ay əvvəl Ağciyər Xəstəlikləri İnstitutunda ard-arda 22 nəfərin vəfat etdiyi xəbəri yayılanda belə, nazirlik dəqiq açıqlama verib, problemin nədən qaynaqlandığını açıqlamadı. Xülasə, Azərbaycan insanının işi yenə də qalıb Allahın ümidinə. Deyəsən, hər kəs də onun iki bəlanı birdən göndərəcək qədər ədalətsiz olmadığına inanıb, maskasız, filansız dolaşır. Çünki bu ölkənin insanları üçün Əliyevlər koronavirus bəlasından daha qorxuludur. Onlardan qurtulmaq bütün fəlakətli viruslara qarşı ən təsirli vaksin olacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button