2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Koronovirus sindromu – Uhanda 7 azərbaycanlı qalıb

Azərbaycan koronovirusla bağlı tədbirlər həyata keçirməkdədir. Ölkəyə gələn bütün insanlar tibbi müşahidədən keçirilir. Çində 500-dək Azərbaycan vətənsdaşı olan tələbə var.

Saytların yığılması Saytlarin yigilmasi

Çin hökumətinin son məlumatlarına görə, hazırda bu ölkədə 4599 nəfər korornavirusa yoluxub, 106 nəfər ölüb. 6 973 nəfər karantin zonasındadır və 50 000 insan nəzarətə götürülüb.

Səhiyyə Nazirliyi: Ölkəyə gələn insanların üzərində tibbi müşahidə aparılır

Yanvarın 28-də Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

Səhiyyə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

“Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.”

Eyni zamanda əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.

Səhiyyə nazirliynin rəsmisi birldirib ki, koronovirus riski ilə bağlı Bakıda və regionlarda xəstəxanalarda ayrıca palatalar hazırlanıb.

Səhiyyə Nazirliyi ölkədə koronovirusa yoluxma halının hələ qeydə alınmadığını bildirib.

Xarici İşlər Nazirliyi xəbərdarlıq yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Çində mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

Azərbaycanın Çindəki Səfirliyində “koronavirus”la bağlı qaynar xətt yaradılıb (Tel: +8615624959899).

Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri tövsiyyə olunur.

Xarici İşlər Nazirliyinin xəbərdarlığında deyilir ki, Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur.

“Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çinin müvafiq səhiyyə qurumlarına və Azərbaycanın Çinin Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur,” xəbərdarlıqda deyilir.

Müstəqil mənbələr hazırda Çində çixsaylı Azərbaycan vətəndaşlarının olduğyunu bildirir.

Səfir: Uhan şəhərində 7 nəfər azərbaycanlı qalıb

Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, Çində 500 nəfərə yaxın azərbaycanlı tələbə var.

Öz növbəsində, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı yerli televiziyaya deyib ki, hazırda karantin elan edilmiş Uhan şəhərində 7 Azərbaycan vətəndaşı qalıb. Onlardan 4-ü tələbədir.

“Uhanda qalan vətəndaşlarımızla daimi telefon əlaqəsi saxlanılır. Onların çıxarılması üçün Çin hökuməti ilə danışıqlar aparırıq. Amma, Çin hökuməti hələ karantin zonasından insanların çıxarılmasını məqbul saymır. Uhanda insanların küçəyə çıxması, təmasda olması qadağan edilib. Yataqxanada qalan tələbələr universitetlər tərəfindən, evlərdə qalan vətəndaşlarımız isə yerli bələdiyyə tərəfindən ərzaqla, tələbat malları ilə təmin edilir. Səhhətləri nəzarət altındadır,” səfir yerli televizyada canlı bağlantıda qeyd edib.

Çinlə aviasiya əlaqələri dayandırılıb

Azərbaycan Hava Yolları-AZAL Qapalı Səhmdar Cəmiyyəti Bakı-Pekin-Bakı reyslərini martın 8-dək dayandırdığını bildirib.

“Fevral ayından Çinin paytaxtına uçuşlar dayandırılacaq və martın 8-dən bərpa ediləcək”, AZAL-n mətbuat xidməti bildirib.

Ölkəyə gələn bütün təyyarələrin sərnişinləri risklərə qarşı yoxlanılır.

Azərbaycanın gömrük-keçid məntəqələrində ölkəyə daxil olan bütün insanların bədən hərarəti yoxlanılır. Şübhə doğuran şəxslər əlavə tibbi müayinəyə cəlb edilir. Gömrük-keçid məntəqələrində dezinfeksiyalar aparılır, bütün əməkdaşlar maskalarla təmin edilib.

Çinlə ticarət əlaqələri

Çində xəstəliyin baş qaldırması Azərbaycan bazarlarına da təsirsiz ötüşməyəcək. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ildə Azərbaycanın Çinlə illik ticarət dövriyyəsi 1.310247 min ABŞ dolları təşkil edib. Bunun 1.196673,5 min dollarını idxal təşkil edib. İdxal olunan məhsular isə əsas və mühüm növ müxtəlif çeşidli mallardır.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button