2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Körpəsini öldürərək, meyitini divardan asan “ana” barədə hökm verildi

Bakıda körpəsini torbada öldürərək, meyitini divardan asan qadın 3 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, Ş.Qədirova Bakı şəhərində yerləşən və “Sabirabad hotel” adı ilə tanınan kafedə daimi yaşayıb.

Qadın bu il martın 30-da daimi yaşadığı kafeyə gələrək sanitar qovşağında təbii yolla qız uşağı dünyaya gətirib. O, yeni doğulmuş körpəni zibil qutusuna ataraq ölməsini gözləyib. Lakin körpə ağladığından o, uşağı sellafon torbaya qoyaraq ağzını düyünləyərək bağlayıb və boğularaq ölməsini gözləyib. Uşağın səsinin kəsildiyini görən qadın onun meyitini əl çantasına qoyaraq Nizami rayonundakı “Anatolia” restoranının divarından asaraq uzaqlaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmədə Ş.Qədirova uşağın onun həyat tərzinə mane olacağını düşündüyü üçün belə addım atdığını, hamiləliyə qarşı daim dərman preperatlarından istifadə etdiyini deyib.

24 saat” “Körpəsini öldürərək, meyitini divardan asan “ana” barədə hökm verildi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button