2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Körpəyə qulluğun SİRLƏRİ

Uşaqların ehtiyac duyduğu vitamin və minerallar:
1) Kalsium
24saat.org  immunitet.az-a istinadən bildirir ki, sümük və dişlərin möhkəmlənməsi üçün vacib sayılır.Kalsium qanın laxtalanma prosesində iştirak edir və orqanizmdə qidanın enerjiyə çevrilməsində rol oynayır.Kalsium aşağıdakı qidalarda olur:
– qatıq
– süd
– pendir
– bişmiş ispanaq
Omeqa3 və Omeqa6
Omeqa6 bir çox qidaların tərkibində olur.Omeqa3 isə ən çox balıq və balıq məhsullarında olur.
2) Dəmir
Dəmir qanda hemoqlabinin əmələ gəlməsi üçün lazımdır.Dəmir çatışmazlığı uşaqlarda yorğunluğa, zəifliyə və əsəbiliyə səbəb ola bilir.
Dəmir aşağıdakı qidalarda olur:
– mərci
– quru lobya
– dana əti
– noxud
3) Maqnezium
Uşaqların sümük sistemini möhkəmləndirir, immun sistemi gücləndirir, sinir sisteminin düzgün çalışmasına yardım edir.Maqnezium aşağıdakı qidaların tərkibində olur:
– ispanaq
– fısdıq
– kişmiş
– mərci
– qatıq
– banan
4) Kalium
Orqanizmin su-duz mübadiləsində iştirak edir,qan təzyiqinin normallaşmasına yardım edir. Ürək ritmlərinin normallaşmasına və əzələlərin yaxşı işləməsinə səbəb olur.Kalium aşağıdakı qidaların tərkibində olur:
– sobada bişmiş kartof
– ərik
– pomidor suyun
– portağal suyun
– bananda
5) A vitamini
Gözlər və sümüklərin inkişafı üçün lazımdır.Saç, dəri və dırnaqların inkişafı üçün yardımçı olur.A vitamini aşağıdakı qidaların tərkibində olur:
– yerkükü şirəsi
– yerkökü
– ispanaq
– yumurta
5) C vitamini
Sümüklərin,toxumaların,immunitetin möhkəmlənməsi üçün lazımdır.Aşağıdakı qidaların tərkibində daha çox C vitamini olur:
– potrağal suyu
– qırmızı bibər
– kivi
– brokli kələmi
– pomidor
6) D vitamini
Orqanizmdə kalsiumun bağırsaqlardan sorulmasına yardım edir.Sümükləri möhkəmləndirir.D vitamini aşağıdakı qidalarda olur:
– samon balığı
– yumurta sarısı
Tərkibində E vitamini olan qidalar:
– badam
– ispanaq
– kivi
7) Sink
Saçların, dırnaqların və dərinin sağlamlığı üçün lazımdır.Sink aşağıdakı qidaların tərkibində daha çox olur:
– mərci
– badam
– noxud
– toyuq budu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button