2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Körpü banklar vasitəsilə birləşməyə gediləcək

Samir Əliyev: “Əsas üstünlük bankların konsolidasiyasına veriləcək”

Ölkə banklarında mövcud böhran durumu davam edir. Bir müddətdir bank sektorunda başlayan  konsolidasiya prosesinin hələ davam edəcəyi də söylənir.  Ötən günlərdə  iki bank – “AtaBank” və  “CDB Bank” birləşib. Banklar Assosiasiyasının  prezidenti Zakir Nuriyev qarşıdakı dövrdə digər bankların da birləşəcəyini deyib.
İqtisadçı-ekspert Samir Əliyev  Azadlıq-info-ya açıqlamasında deyir ki,  Mərkəzi Bankın son illər nəticəsiz olan konsolidasiya cəhdləri nəhayət ki reallaşıb.  Ekspert  “Atabank” və “Caspian Development Bank”ın birləşmək qərarını  “AGbank”,  “Parabank” və diər bankların  2015-ci ildəki uğursuz  təşəbbüslərindən sonra ilk real addım adlandırır:
“Azərbaycanda bankların konsolidasiyası çətin prosesdir. Bu məsələ son vaxtlar hətta qeyri-mümkün olub.  Deyərdim ki, bunun bir neçə səbəbi var.  Bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqasıyla bölüşmək istəməsi ilkin  səbəblər arasındadır”.
Ekspert deyir ki, ölkədəki bəzi  bankların müxtəlif sahibi var. Onların birləşməsi mümkün olmasa da,  eyni sahibi olan bankların birləşməsi realdır. Birləşmədən sonra isə onların sayı 31 qalacaq. Beləliklə də devalvasiyadan sonra bağlanan bankların sayı 14 olacaq:
“Bank qanunvericiliyinə edilən son dəyişiklikdən sonra  bankların sayının azaldılması prosesi davam edəcək.  Əsas üstünlük də bankların konsolidasiyasına veriləcək. Bu məsələ baş tutmasa, banklar ləğv ediləcək.  Son dəyişikliklər  rezolyusiya tədbirləri vasitəsilə  bankları konsolidasiyaya “stimullaşdıracaq”.  Körpü bankların yaradılması vasitəsiylə  bəzi bankların əvvəlcə  sağlamlaşdırılması, sonra isə  digər banklara birləşdirilməsi  tədbirləri həyata keçiriləcək. Bütün proseslərin nəticəsi olaraq  bankların sayının 25-ə qədər azaldılmasını gözləmək olar”.

Saytların yığılması Saytlarin yigilmasi

Nigar  

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button