2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Korrupsiya ilə mübarizəni prezident özündən başlamalıdır

ADR sədri Qubad Ibadoğlu

Gəlirlərinizi və əmlakınızı bəyan edin, cənablar!

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyevin yeni təyin olunmuş gənc icra başçıları ilə görüşdə çıxışını dinlədim. Diqqətimi çəkən iki məqama nəzər salmaq istərdim.
1) xarici sərmayənin cəlbi; 2) korrupsiya ilə mübarizə.
Birincisi, rayonlara xaricdən sərmayə cəlbi həlli mümkün olmayan tapşırıqdır. Bu vəzifəni birbaşa icra etmək üçün ölkədə fiskal və inzibati əks mərkəzsişləşdirmə islahatları aparılmalı, rayonlar özləri müstəqil iqtisadi subyekt kimi fəaliyyət göstərməli, məhkəmələr müstəqil olmalıdır. Hazırda neft-qaz sektorundan kənarda xarici investorların marağında olan sahə qalmayıb. Son illər Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar yenə də neft-qaz sektoruna yönəlsə də ildən ilə azalır. Belə ki, ölkə üzrə birbaşa xarici sərmayələr 2016-cı ildə 7324 milyon ABŞ dolları, 2017-ci ildə 5714 milyon ABŞ dolları, 2018-ci ildə 4109 milyon ABŞ dolları, 2019-cu ilin 9 ayında isə 2670 milyon ABŞ dolları olub. Odur ki, bu istiqamətdə tapşırığın icra olunmayacağı əvvəlcədən bəllidir, çünki, qarşıya qoyulan vəzifənin həlli yalnız icra başçısının dəyişməsindən asılı deyil.
İkincisi, İlham Əliyev gənc icra başçıları ilə söhbətdə qeyd etdi ki, Neftçalada korrupsiya sistem xarakteri almışdı, rayonda icra başçısından sonra ən varlı adamlar mərkəzi xəstəxananın baş həkimi, təhsil şöbəsinin müdiri olub. Rayonda baş həkim şöbə müdirlərindən, şöbə müdiri həkimlərdən, həkimlər də xəstələrdən, baş müəllim məktəb direktorundan, məktəb direktoru müəllimlərdən, müəllimlər də valideynlərdən rüşvət yığıb varlanıblar. Doğrudur, tamamilə razıyam, bu sxem yalnız Neftşala deyil, ölkənin bütün rayonlarında var və hələ də işləyir. Deməli korrupsiya yalnız Neftçalada deyil, Azərbaycanda ölkə üzrə sistem xarakterlidir və idarəçilik vasitələrindən ən birincidir. Burda çoxlu suallar yaranır: 1) belə olan halda baş həkim və baş müəllim yığdığı vəsaitlərin hamısını özünə götürübmü? Çox şübhəsiz ki, bu sxem yuxarılaradək davam edib.
2) Əgər bu vəziyyət on illərdi ki, belədirsə onda Səhiyyə və Təhsil Nazirlikləri, rayonda prokurorluq, milli təhlükəsizlik və hüquq mühafizə orqanları hara baxırdı? Nədən onlar məsuliyyətdən kənardadır, yalnız icra başçıları işdən çıxarılır? 3) Eyni zamanda nədən indiyə qədər dövlət məmurları, prokurorlar, polis rəisləri, hakimlər gəlirləri və əmlakı ilə bağlı bəyannamə doldurub, dərc etmirlər? Əgər bəyannamə olsaydı görsənərdi ki, Neftçalanın keçmiş icra başçısı dövlətin işsizlərin ictimai işlərə cəlb edilməsi adı altında ayırdığı cüzi vəsait hesabına rayon sakinlərini qul kimi işlətdiyi eşşək və keçi fermalarına sahibdir. Odur ki, ölkədə korrupsiya ilə mübarizə başdan və ilk növbədə prezident, vitse-prezident, baş nazir, parlamentin spikeri və üzvləri, prokurorlar, hakimlər, polis rəisləri, yerli icra başçılarının gəlirləri və əmlakını bəyan etməsindən başlamalıdır. Göründüyü kimi korrupsiya probleminin həlli yolu və ünvanladığım sualların cavabları bu qədər sadə və bəsitdir. Gəlirlərinizi və əmlakınızı bəyan edin, cənablar!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button