Manşet

Korrupsiya ittihamı ilə həbs olunan baş həkim Fövqəladə Hallar nazirinin müavininin bacısı oğludur

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının korrupsiya ittihamı ilə həbs olunmuş baş həkimi İmran Ağayevlə bağlı maraqlı məlumat əldə etmişik.
24saat.org-a daxil olan məlumatda bildirilir ki, həbs olunan baş həkim Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadənin dost-doğma bacısı oğludur.

Imran Ağayev

Onun bu posta da məhz dayısının dəstəyi ilə yüksəldiyini iddia edən mənbənin sözlərinə görə, əslində baş verənlər daha böyük həbslərin anonsu sayılmalıdır.
Bunun ardınca isə FHN-dəki yüksək ranqlı bəzi məmurların hədəf seçiləcəyi gözlənilir.
Xatırladaq ki, FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsində ittiham olunurlar.
Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanmış sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

24saat.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button