2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətManşet

Korrupsiyadan korrupsiyaçıya şikayət mexanizmi?

Prezident İlham Əliyev noyabrın 7-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı Qanunu təsdiqləyib.

Dəyişikliklər qanunu 11-1 və 11-2-ci maddələrin əlavə edilməsini nəzərdə tutur.

Qanuna əlavə edilən 11-1-ci maddə korrupsiya faktları ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə prosedurunu nəzərdə tutur.

Saytların yığılması Saytlarin yigilmasi

Əlavəyə görə, korrupsiya faktları ilə bağlı bilgiləri hər bir şəxs yazılı, elektron və ya şifahi formada verə bilər. Dövlət və bələdiyyə orqanları rəhbərləri həmin qurumlardakı korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsindən ötrü struktur bölmə müəyyən etməlidir. Korrupsiya ilə üzləşən işçilər bununla bağlı həmin struktur bölmələri məlumatlandıra bilərlər.

Məlumatı alan vəzifəli şəxs onu qeydə almalı, 20 iş günü müddətində araşdırma aparmalı və nəticəsini məlumat ötürənə bildirməlidir.

Məlumat verən şəxs özü istəmirsə, səlahiyyətli struktur, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir. Bu bilgi yalnız korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlana biləcək.

Korrupsiya ilə əlaqədar məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olacaq.

Hüquqşünas Xalid Bağırov dövlət idarələrinin tərkibində korrupsiya ilə bağlı şikayətləri qəbul edən strukturların yaradılmasının effektiv olmayacağını söyləyir.

Onun sözlərinə görə korrupsiyadan şikayət etmək istəyən şəxs məlumatı korrupsiya ilə məşğul olan şəxsin əlbir olduğu şəxslərə verməli olacaq.

Hüquqşünas hesab edir ki, bu metod korrupsiya ilə bağlı informasiyaların ilkin mərhələdə boğulmasına yönələcək.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovdəyişiklikləri müsbətə doğru addım kimi dəyərləndirir.

Ekspert bildirir ki, yeni qaydalar korrupsiya ilə bağlı müraciət edən vətəndaşlara olan təzyiqləri aradan qaldıracaq.

Onun sözlərinə görə tel bu addımlar vətəndaşların müraciətlərini stimullaşdıracaq və korrupsiyaya qarşı mübarizəni sürətləndirəcək.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev deyir ki, yeni qaydalar korrupsiyaya qarşı mübarizə iradəsinin olduğunu göstərir.

Deputat bildirir ki, əgər qanuna əməl olunsa korrupsiyanın qarşısını almaq mümkün olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button