2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Baş Prokurorluqdan ayrılır – KAMRAN ƏLİYEVƏ ƏLVİDA!

Kamran Əliyevi əvəzləyəcək generalın kimliyi də bəllidir

Son günlər diqqət çəkən məqamlardan biri Milli Məclisin son iclasında bəzi millət vəkillərinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Baş Prokurorluqdan ayrılması, müstəqil qurum kimi fəaliyyət göstərməsi təklifi oldu. Təklif müəlifləri hesab edir ki, belə bir dəyişiklik sözügedən qurumun daha effektiv fəaliyyətinə səbəb ola bilər.

Məsələ ilə bağlı 24saat.org-u məlumatlandıran özəl mənbənin sözlərinə görə, əslində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Baş Prokurorluqdan ayrılaraq müstəqil qurum kimi fəaliyyət göstərməsi məsələsi ötən il həll olunub və ali siyasi hakimiyyətlə razılaşdırılıb. Sadəcə, ötən ildən bu günə qədər baş verən proseslər – arda-arda yaşanan devalvasiyalar, neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, “MTN işi”, Beynəlxalq Bank və Rabitə Nazirliyində aşkarlanan ciddi qanun pozuntuları və başqa hadisələr məlum məsələnin bu günə qədər reallaşmasına imkan verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Odur ki, sözügedən yeniliyin məhz indi tətbiqinə qərar verilib.

Mənbənin məlumatına görə, yaxın gələcəkdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Baş Prokurorluqdan tamamilə ayrılması, müstəqil departament kimi fəaliyyət göstərməsi təmin ediləcək. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri olan Kamran Əliyevi isə hazırda onun müavini olan məşhur general əvəzləyəcək.

K.Əliyev isə Baş Prokurorluqda yeni vəzifəyə təyinat alacaq.

Bilgili qaynağın sözlərinə görə, əslində belə bir dəyişikliyin baş verəcəyi hökumət və eləcə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbər şəxslərinin hamısına bəllidir. Sadəcə hər kəs bütün detalları düşünülən və razılaşdırılan bu yeniliyin rəsmi şəkildə elan ediləcəyi günü gözləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button