2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Korrupsiyaya qarşı mübarizə: kiminlə? – 24 saat

Prezident İlham Əliyev aprelin 4-də “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənədin praembulasında qeyd olunur ki, çoxşaxəli Plan fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir. Eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.

“Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur”, – Sərəncamda qeyd olunur.

Sənəddə daha sonra bildirilir ki, Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılıb. “Xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır”

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Milli Fəaliyyət Planı üzrə tədbirlər planı 6 prioritet istiqamətdən ibarətdir:

Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində tədbirlər;

Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər;

Maliyyə şəffaflığının təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər;

Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər;

Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə.

ADR sədri, iqtisadçı Qubad İbadoğlu sənədi şərh edərək bildirib ki, bu plan əvvəllər Açıq Hökumət Tərəfdaşlığı Proqramında nəzərdə tutulan, uzun müddətdir ki, ildən-ilə ötürülən eyni və ya oxşar tədbirlərin təkrarından ibarətdir: “Məsələn, onlardan biri “Dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi ilə əlaqədar həyata keçirilən yoxlamaların, təftişlərin və digər nəzarət tədbirlərinin səmərəliliyinin, keyfiyyətinin daha da artırılması, dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın yüksəldilməsi” adlanır. İcraçı təşkilat da Maliyyə Nazirliyidir, burda nə Hesablama Palatasına, nə də ictimai təşkilatlara yer verilib”

İqtisadçı əlavə edir ki, hazırda dövlət büdcəsindən ayrılan vəsaitlərdən ən çox pay götürən tikinti, müdafiə və milli təhlükəsizlik sahələridir. Onun sözlərinə görə, indiyədək işğaldan azad edilmiş ərazilərdə 3 milyard manatdan çox vəsaitin xərclənməsinə baxmayaraq, onun hara, nə qədər və hansı şirkətlər tərəfindən xərclənməsi, bu şirkətlərin necə seçilməsinə dair məlumatlar açıqlanmır. “Şəffaflıq olmayan, informasiyaya çıxış təmin edilməyən, dövlət baçısı da daxil olmaqla rəhbər vəzifəlilər gəlirləri və əmlakları haqqında bəyannamə dərc etməyən halda korrupsiya ilə effektiv mübazirədən danışmağa dəyməz”, – ADR rəhbəri vurğulayıb.

Qubad İbadoğlu qeyd edir ki, hakimiyyət korrupsiya qarşı mübarizəni imitasiya edir, ona görə də nəticə yoxdur.

Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a şərhində bildirib ki, korrupsiya ilə mübarizə üçün çoxsaylı milli fəaliyyət planlarının qəbuluna ehtiyac yoxdur. “Ölkədə qanunun aliliyi təmin edilirsə və hamı qanun və məhkəmə qarşısında eyni hüquqlara malikdirsə, eyni məsuliyyət daşyırsa, onda bu cür fəaliyyət planlarına da ehtiyac yoxdur”, – ekspert vurğulayıb. 

Konkret olaraq, korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair indi qəbul edilən milli fəaliyyət planına gəldikdə, hüquqşünas hesab edir ki, əvvəlki milli fəaliyyət planları kimi bu fəaliyyət planı da korrupsiya ilə mübarizədə mahiyyətcə əsaslı dəyişikliklərə gətirib çıxarmayacaq: “İndiyədək qəbul edilən milli fəaliyyət planlarının icrası göstərir ki, ümumilikdə ölkədə korrupsiya ilə bağlı mübarizə səmimi deyil və insanların bu cür mübarizəyə etimadı çox azdır. Təkcə bir faktı qeyd edək ki, vəzifəli şəxslərin gəlir bəyannamələrinin təqdim edilməsinə dair “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələbləri 18 ildən artıqdır ki, icra olunmur. Deməli, bu mübarizənin səmimiliyi şübhə altındadır. Ona görə də hesab edirəm ki, korrupsiya ilə mübarizədə sadəcə qanunun aliliyi və hamının qanun və məhkəmələr qarşısında bərabər hüquqlar və bərabər məsuliyyət daşıması təmin edilməlidir”.

Turqut

24 saat” “Korrupsiyaya qarşı mübarizə: kiminlə? – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button