2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Korrupsiyaya qarşı mübarizə: nəticələr təsirli deyil

Bakı/03.01.22 Ötən ildə bir neçə məmur rüşvətxorluqda ittiham edilərək həbs cəzasını alıblar. Ümumiyyətlə Azərbaycanın rəsmi şəxsləri tez-tez korrupsiya və rüşvətxorluqla uğurlu mübarizədən, iqtisadiyyatının «ağarması»ndan danışır.

Prezident İlham Əliyev də Yeni İl münasibətilə xalqa müraciətində həmin mövzuya toxunub. «Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir».

Dövlət başçısı qeyd edib ki, təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib. «Və bu puldan istifadə edərək biz geniş sosial paket tədbirlərini keçiririk. Yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır».

Saytların yığılması Saytlarin yigilmasi

Baş Prokuroluqdan Turana bildirilib ki, ökədə korrupsiyaya qarşı mübarizə bu sahədə mövcüd olan güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır. «Qanunvericilik, cinayət təqibi, maarifləndirmə sahəsində intensiv tədbirlər həyata keçirilir». Qurumdan qeyd olunub ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən institusional və cinayət təqibi tədbirləri bu sahədə ixtisaslaşmış mötəbər beynəlxalq qurumların mütəxəssisləri tərəfindən monitorinq sənədlərində yüksək qiymətləndirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən də Turana bildirilib ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının  artımına səbəb olub. «2021-ci ilin yanvar-noyabr aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat vergi daxil olub, proqnoza 121 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,7 faiz və ya təqribən 1,1 milyard manat artıb».

Qeyd olunub ki, ödənilən vergilərin 73,7 faizi qeyri-neft-qaz sektorunun, 26,3 faizi neft-qaz sektorunun payına düşüb.

 Quruçdan vurğulanıb ki, sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. «Artımın böyük hissəsi özəl sektorun payına düşüb. 2021-ci il dekabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 773 133 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 233 211 vahid çoxdur».

Xidmətdən bildirilib ki, 2021-ci ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 433,1 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. «Daxilolmalar üzrə proqnoz 309,6 milyon manat artıq icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq 2 milyard 193,8 milyon manat olub, proqnoz 113,1 faiz icra edilib».

Qurumdan bildirilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 118,8 milyon manat təşkil edib. «Proqnoz 108,2 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 faiz artaraq proqnoz 110,3 faiz icra edilib. Həmin təşkilatların xəttilə işsizlikdən sığorta haqları üzrə dövlət büdcəsinə 87,9 milyon manat daxil olub».

 Qeyd olunub ki, dekabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 7,2 faiz artaraq 660 838  təşkil edib.

 İqtisadçı Nazim Bəydəmirli isə bildirib ki, artımdan söhbət gedirsə, büdcəyə daxil olan məbləğin mənbəyi açıqlanmalıdır. «Əgər bu, cərimələrin və ötən dövrlərdə hesablanmış amma büdcəyə ödənməyən vergilərdən gəlirsə, bu heç də antikorrupsiya əlamətləri deyil».

Onun fikrincə, yox, əgər bu məbləğ həbs olunmuş məmurların dövlət büdcəsinə ödəməli olduğu vəsaitlərdəndirsə, onda həmin vəsaitləri antikorrupsiya tədbirləri nəticəsində xəzinəyə daxil olmuş vəsait kimi dəyərləndirmək olar».

Ekspert qeyd edib ki, Vergi Xidməti əvvəlkindən daha şəffaf işləməyə başlayıb. «Ancaq bu, yetərli deyil. Mən guman etmirəm ki, bir qurumda ideal vəziyyəti yaradıb digər qurumlarda vəziyyəti eyni qoymaq olar. Kompleks tədbirlər olmalıdır».

Bəydəmirlinin qənaətincə, çox guman ki, həmin 1,4 milyard məbləğinə gömrük orqanların bəyannamə qiymətini tədbiq edərək sahibkarlardan əlavə topladığı vəsaitlər da daxildir. «Görünən odur ki, burda həm vətəndaşların maddi rifahın pisləşməsi hesabına baş verir. Yəni, hökümət süni qiymət artımı yaradır, tarifləri artırır və nəticədə bu da dövlət büdsinə daxilolmalara da təsir göstərir. Bütün bunlar vətəndaşların hesabına baş verir və bizim cibimizdən çıxan vəsaitdir».

O, hesab edir ki, ölkədə korrupsiya və rüşvətxorluqla mübarizə demək olar ki, aparılmır. «Rüşvətxorluq və korrupsiya ilə mübarizə ilk növbədə hər kəsin bərabər hüquq və vəzifələrin olmasını ehtiva edir. Eyni zamanda xalq tərəfindən seşilmiş parlament vasitəsilə hökümətə nəzarət etmək funksiyasını, müstəqil media fəaliyyətini, qohumbazlığın, traybalizmin olmamasını özündə ehtiva edir. Azərbaycanda biz bunu görmürük».—0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button