Gündəm

“Korrupsiyaya yox de” deyən müəllim işinə bərpa olunmaq istəyir

Loading...

Yardımlı rayonun Dəlləkli kənd məktəbinin keşmiş müəllimi, bloqer Cəlil Zabitov əvvəlki işinə qayıtmaq istədyini bildirir.

Lakin deməsinə görə, hələlik, istəyini gerçəkləşdirə bilmir.

Blogerin vurğulamasına görə, ona böhtan ataraq həbs ediblər, buna görə də işdən azad olunub: “İndi bərpa olmaq istəyirəm. Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişəm. Cavab vermirlər. Qaytarmırlar işimə. Amma qanun işə qayıtmağıma yol verir. Mən həmin Dəlləkli kənd məktəbində 13 il müəllim işləmişəm. Bu da mənə imkan verir ki, işə bərpa olunum”.

“Başqa qazanc yerim yoxdur”

C.Zabitovun sözlərinə görə, süni şəkildə ona maniələr yaradırlar: “Ailəliyəm, 3 azyaşlı uşağım var. Başqa qazanc yerim yoxdur. Qanuna görə, 10 ildən çox müəllim işləmiş şəxs, 3 il ərzində həmin məktəbdə işinə bərpa oluna bilər. Ötən ilin may ayının 21-də həbs olundum, oktyabrın 21-də azad etdilər”.

Rəsmi tərəf…

Yardımlı rayon Dəlləkli kənd məkətbi-ndən bildiriblər ki, Cəlil Zabitovun narazılığı varsa məhkəməyə müraciət etmək hüququ var. Yardımlı rayon Təhsil Şöbəsi-ndən isə deyirlər ki, Cəlil Zabitov müəllim seçimində iştirak etməyib: “Problem odur ki, həbs olunmuşdu. Nazirliyə müraciət edib. Nazirlik ona qaydanı izah edib, biz də izah etmişik. On ildən artıq pedaqoji təcrübəsi olduğuna görə o, imtahanın seçim mərhələsinə buraxıla bilər. O da seçim mərhələsində iştirak etməyib.”

Xatırlatma

Cəlil Zabitov ötən il cinayət məcəlləsinin 221.1 ci (xuliqanlıq) maddəsi ilə ittiham olunaraq həbs edilmişdi.

Blogerin özü günahsız olduğunu deyir.

Cəlil Zabitov “feysbuk”da tənqidçi səhifə olan “Korrupsiyaya yox de” nin aktiv iştirakçısı olub.

Vaxtaşırı olaraq rayonda məmurların fəaliyyəti ilə bağlı videolar paylaşıb, haqsızlıqlarla üzləşdiyini deyən vətəndaşları sosial şəbəklərdə təqdim edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button