2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Kosovahaber”in rəhbəri: “Bəlkə də bu qarşıdurma Rusiyaya sərf edir..” 

Kosovada hökumətin qəbul etdiyi dövlət nəqliyyat nişanları ilə bağlı qərar ölkə daxilində siyasi, xaricində isə diplomatik böhrana səbəb oldu. Bir andaca Serbiya və Kosova arasında gərgin münasibətlər kəskinləşdi, okeanın o tayından ABŞ, bu tayından Rusiya hadisələrə qarışdı. Nəticədə bütün baş verənlərdən xəbərsiz Azərbaycan oxucusu günə Balkan regionunda yeni münaqişə anonsu ilə oyandı. Bəs əslində Kosovada nə baş verib?

2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edən və NATO tərəfindən dəstəklənən Kosovanın Baş naziri Alben Kurti ötən günlərdə bir qərar qəbul etdi. Qərara əsasən “RKS” (Kosova Respublikası) dövlət nəqliyyat nişanı olmayan nəqliyyat vasitələrinin ölkəyə girişi qadağan edilirdi. Əslində bu qərar Kosova dövlət nəqliyyat nişanlı avtomobilləri ölkəsinə buraxmayan Belqrad hökumətinin qərarına reaksiya idi.

Lakin sözügedən qərar xüsusilə ölkənin şimalında çoxluq təşkil edən serblər tərəfindən heç də birmənalı qarşılanmadı. Mitroviça başda olmaqla, bəzi şəhərlərdə serblər mitinqlərə başladı, barrikadalar qurdu, yolları, hətta Serbiya ilə dövlət sərhədini bağladı. Təbii ki, mövcud vəziyyətə Belqrad hökuməti səssiz qala bilməzdi. Prezident Aleksandr Vuçiç “atmosfer qızındı və serblər daha vəhşilik görməyəcək” – deyərək, sərt bir açıqlama verdi.

Saytların yığılması Saytlarin yigilmasi

Kurti də öz növbəsində bəyanat verərək “serb milli şovinizmi ilə” qarşı-qarşıya olduqlarını bildirdi. Çox keçmədi ki, məsələyə böyük güclər də qarışdı. Rusiya Serbiyanı dəstəklədiyini bildirdi. ABŞ isə Kosova hökumətindən qəbul etdiyi qərarı təxirə salmağı xahiş etdi və tərəfləri dialoqa çağırdı.

Bir sözlə, Balkan regionunda bir andaca “ara qarışdı, məzhəb itdi”. Baş verənlər haqda geniş məlumat almaq və yerli şəraiti daha dəqiq bilmək üçün Pressklub.az kosovalı həmkarımız, Kosova xəbər agentliyinin baş redaktoru Rauf Kirkukdan müsahibə alıb:

wwwww

– Rauf bəy, hazırda Kosovada vəziyyət necədir?

– Ötən günə nisbətən vəziyyət stabilləşib. Paytaxtda və şimal regionlarında yaradılan barrikadalar ləğv edilib. Xüsusilə, axşam silah səslərinin gəldiyi Mitoviçada sakitlikdir. Hökumətin əsas diqqəti Serbiya ilə sərhədə yönəlmişdi. İndilərdə gələn məlumata görə, burada da sərhədi bağlayan TIR-lar ərazidən çıxarılıb.

– Beynəlxalq media qurumları Balkanda yeni bir münaqişənin yaranması ilə bağlı məlumatlar verdi. Problemin hərbi qarşıdurmaya çevrilməsi mümkündürmü?

– Xeyr, deyərdim ki, xarici media qurumları bir az məsələni şişirdiblər. Sosial şəbəkələrdə yayılan dezinformasiyalardan istifadə edərək, guya hadisələr zamanı ölüm hallarının qeydə alındığını bildiriblər. Lakin belə bir fakt yoxdur. Həmçinin diqqətinizə çatdırım ki, Kosovada BMT qərarı ilə yaradılmış “KFOR” adlı sülhməramlı qüvvələr fəaliyyət göstərir. Onların tərkibində 350-yə yaxın türk əsgəri xidmət edir. Yəni, Kosovada yeni bir münaqişə ocağının yaranması elə də asan deyil.

– Bəs Serbiya ilə Kosova arasında yaranmış yeni böhranın səbəbləri nələrdir?

– Bilirsiniz, iki ölkə arasında uzun müddətdir ki, dialoq davam edir. Lakin bir çox məsələdə razılaşma əldə edilməyib. Uzun illərdir Serbiya Kosova dövlət nişanlı avtomobillərin ölkəyə daxil olmasına icazə vermir. Ona görə də Kurti hökuməti buna qarşılıq vermək üçün bənzər qərarı qəbul etdi. Yəni, məntiq etibarilə, doğru qərar idi. Lakin ölkə daxilindəki serblər bunu normal qarşılamadı və mitinqlər başladı. Serbiyadan kəskin bəyanatların gəlməsi isə vəziyyəti daha da gərginləşdirdi. Məsələ bundan ibarətdir.

– Necə düşünürsünüz, Kurti hökumətinin qəbul etdiyi qərarı təxirə salması problemi həll edəcəkmi?

– ABŞ səfirliyinin xahişi ilə hökumət bu qərarı 1 sentyabradək təxirə saldı. Yəni, bu problemi həll etmək üçün hökumətlərin bir ay vaxtı olacaq. Beləliklə, görüşlər baş tutacaq və mən inanıram ki, danışıqlarda razılaşma əldə ediləcək. 

– Baş verən hadisələrdə Rusiyanın izi olduğu iddialarını necə dəyərləndirirsiniz?

– Məlumdur ki, Rusiyanın Serbiya, Serbiyanınsa Kosovadakı serblər üzərində təsiri böyükdür və ona görə də bu iddianın doğruluğu istisna edilə bilməz. Bəlkə də Rusiyaya regionda bir qarşıdurmanın yaranması və diqqətin Ukraynadan uzaqlaşması sərf edir, lakin nə Serbiya, nə də Kosova buna hazır deyil. ABŞ-ın isə mövqeyi bəllidir, rəsmi Vaşinqton münaqişənin dərinləşməməsi üçün çalışır və status-kvonun saxlanılmasının tərəfdarıdır. Çünki Serbiya Kosova üzərində üstünlük qurarsa, bu, ilk növbədə ABŞ-ın regiondakı mövqeyinə zərbə vurar.

Nicat İsmayılov

24 saat” ““Kosovahaber”in rəhbəri: “Bəlkə də bu qarşıdurma Rusiyaya sərf edir..” ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button