Loading...
Loading...
İdman

Kosovonun UEFA üzvlüyünə baxılır

Mayın 3-də UEFA-nın Budapeşt toplantısında Kosovonun bu quruma üzvlük məsələsi müzakirə olunacaq. Kosovodakı futbol azarkeşləri səbirsizliklə qərarı gözləyirlər.

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) illik konqresində 54 üzv ölkənin təmsilçiləri bu məsələni səsverməyə çıxaracaq.

Təsdiqlənərsə, Kosovo 2018-ci il Dünya Çempionatının təsnifat mərhələsinə qatıla bilər.

Ancaq Kosovonun üzvlüyünün Serbiyanın sərt müqaviməti ilə üzləşəcəyi gözlənilir. Serbiya ondan ayrılmış Kosovonun müstəqilliyini tanımır.

Back to top button
Telegram kanalımıza abunə olun