2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“KQB Vəzirova iynə vuraraq yatırmış və hərbi helikopterlə Moskvaya aparmışdı”

Şəhidlər Xiyabanıyla bağlı tarixi həqiqəti ayrıntılı yazacam demişdim…
Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov, Moskvanın tələbini yerinə yetirməmiş, işğalçı rus ordusunun yenidən Azərbaycanı işğalına imza atmamışdı…
Buna görə də KQB ona iynə vuraraq yatırmış və hərbi helikopterlə Moskvaya aparmışdı. İşğalçı rus ordusu yenidın ölkəmizi işğala girişdi. Əvvəldən psixolojik dərs alan Sovet ordusunun içində Əfqanıstandan gəlmiş əsgərlər vardı. Bunlara Əfqanıstanda müsəlmanlar qan qusdurmuşdu. Sovet ordusu orda 460 hərbi uçaq və 15min əsgər itirmişdi. Bu əsgərlər müsəlmanlara nifrət edirdilər. Onlardan başqa xüsusən Krasnodar bölgəsində yaşayan ermənilərdən və həbsxanadakı cinayətkarlardan ibarət dəstələr vardı bu ordunun tərkibində. Bugünkü rəsmi Şəhid sayı çox da inandırıcı deyil. Necə ki, 1988-89-da əski Türk torpağı olan İrəvan Xanlığı ərazisindən 530 mindən çox soydaşımız qovulmuş, rəsmi statistikada bunun yarısı göstərilir.
Şəhidlərimizin harda dəfn edilməsi məsələsini müzakirə edəndə AXC Lideri Əbülfəz Elçi Bəy indiki Şəhidlər Xiyabanında israr etmişdi. Deyirdi ki, orda əsrin əvvəllərində ermənilər tərəfindən Soyqırım məqsədilə qətlə yetirilmiş soydaşlarımız dəfn olunmuşdu. Sonra Sovet hökuməti oranı kürüdü və yerinə Sergey Mironoviç Kirovun heykəlini qoydu və oranı Kirov parkı elədilər. Elçibəy deyirdi ki, indi Şəhidlərimizi buraya dəfn etməliyik və qısa müddət sonra da Kirovun heykəlini söküb zibilliyə atmalıyıq.
Bu məntiq qarşısında heç kim etiraz etmədi və beləcə bugünkü Şəhidlər Xiyabanında Şəhidlərimiz dəfn edildi. Kirovun da heykəli qısa müddət sonra tarixin zibilliyinə atıldı.
Bütün Şəhidlərimizi sayqı və rəhmətlə yad edirəm.
Nur içində yatsınlar.
 
Aqil Səmədbəyli

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button