2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Kraliça Trump-ın Britaniyaya səfərini ləğv edibmi?

“The İndependent” qəzetinin yazdığına görə, belə görünür ki, Donald Trump-ın Birləşmiş Krallığa dövlət səfəri kraliça 2-ci Elizabeth tərəfindən ləğv edilib.

Belə düşünməyə əsas verən budur ki, bu səfər barədə əlahəzrətin çərşənbə günü parlamentdə etdiyi ənənəvi çıxışında heç nə deyilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Məqalədə deyilir ki, prezident Donald Trump-la bu ilin əvvəllərində Ağ Evin həyətində “əl-ələ şəkil çəkdirmiş” baş nazir Theresa May ABŞ prezidentini Böyük Britaniyaya rəsmi dövlət səfərinə dəvət etmişdi. Lakin belə bir səfərin genişmiqyaslı etiraz aksiyalarına səbəb olacağı barədə ehtiyatlanmalar vardı.

İstər Downing Street, istərsə də Ağ Ev səfərin sual altında olduğu barədə iddiaları rədd ediblər.

Buna baxmayaraq, Donald Trump bir sıra hərəkətlərinə görə Britaniyanın siyasi dairələrində və ictimaiyyət arasında kəskin tənqid edilir.

“The İndependent” yazır ki, bir qayda olaraq monarxın parlamentdəki nitqində bütün gözlənilən dövlət səfərləri sadalanır. Lakin bu çıxışında 2-ci Elizabeth bu il iyul ayında yalnız İspaniyanın kralı və kraliçası Felipe və Letizianı qonaqlayacağını elan edib.

Xanım May yanvar ayında Washington-a səfər edəndə Trump-la yaxın münasibətlər qurulacağına ümid edirdi, çünki ABŞ prezidenti Britaniyanın Avropa İttifaqından ayrılmaq qərarını alqışlamışdı. Trump habelə Britaniya ilə erkən ticarət sazişi bağlanacağını vəd etmişdi.

Lakin Theresa May-in Donald Trump-ı onun inaqurasiyasından ikicə həftə sonra Britaniyaya dəvət etməsi Birləşmiş Krallıqda siyasi dairələrdə narazılığa səbəb olmuşdu.

Bundan əvvəlki ABŞ prezidentləri Britaniyaya dövlət səfərlərini yalnız ikinci müddətlərində ediblər.

Trump-ın Britaniyaya mümkün dövlət səfəri ilə əlaqədar Birləşmiş Krallıqda bir neçə etiraz petisiyaları imzalanıb və bu məsələyə Britaniya parlamentində baxılıb.

Müzakirələr zamanı qeyd edilib ki, Trump-ın səfəri barədə xəbərlər getdikcə daha geniş tənqidlərə səbəb olur və Britaniya boyunca nəhəng etiraz aksiyalarına səbəb ola bilər.

“The İndependent” yazır ki, cənab Trump London meri Sadiq Khan-ı tənqid etdikdən sonra Britaniyada ABŞ prezidentinə münasibət daha da pisləşib.

Trump Sadiq Khan-ı London Bridge terror aktından sonra adamları narahat olmamağa çağırdığına görə tənqid etmişdi.

Khan-nın ofisi isə bunun cavabında bildirmişdi ki, London meri sakinləri sakitliyə çağırmaqla heç bir yanlış iş tutmayıb.

Ağ Ev Trump-ın gözlənilən genişmiqyaslı etiraz aksiyalarına görə Theresa May-ə Britaniyaya gəlmək istəmədiyini deməsi barədə xəbərləri də təkzib edib.

Britaniya hökuməti isə bəyan edib ki, xanım May-in Trump-ı kraliçanın adından ölkəyə dəvət etməsi qüvvəsində qalır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button