2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

‘Kredit gənclərə 5 faizlə verilməlidir’



«Kimin nə deməsindən asılı olmayaraq, ölkədə qiymətlərin ən azı 15 faiz bahalaşması faktdır. Buna uyğun olaraq da təqaüd və maaşların artırılmasının vacibliyini hələ keçən il büdcə icmalının müzakirəsi zamanı parlamentdə də bildirmişəm».

Bunu AzadlıqRadiosuna qısa müsahibəsində deputat Fərəc Quliyev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat deyir ki, iqtisadiyyat neft asılılığından xilas olmayıb, ölkədə sahibkarlığa normal münasibət, hələ ki, tam formalaşmayıb.

F.Quliyev hesab edir ki, idxalı azaltmaq mümkündür: «Amma bəzi məmurlar ölkədə istehsalın güclənməsində maraqlı deyillər».

Deputata görə, bazarda qiymətlərin artmasının həm obyektiv, həm də subyektiv səbəbləri var: «Subyektiv səbəb budur ki, inhisarçı marağı olan məmurlar ölkədə istehsalın güclənməsinə maraq göstərmir. Daha çox öz gəlirini düşünürlər. Bu düşüncə dəyişməlidir».

Buna da bax-Deputat: ‘Təəssüf ki, bu il də Novruz bayramında qiymətlər artdı…’

Deputat deyir ki, Neft Fondunun xaricdəki vəsaitlərindən yüksək gəlir əldə edilmir. Belə olan halda, həmin vəsaitin bir hissəsini ölkəyə gətirib aşağı faizlə əhaliyə kredit kimi vermək olar: «Özü də bu kredit gənclərə ən yuxarısı 5 faizlə verilməlidir. Gənclər həm regionda fermer təsərrüfatı qura bilsin, həm də özünə ev tiksin. Beləliklə də ölkədən gənclərin xaricə axınının qarşısını almaq olar. Amma neçə illərdir ki, bu dediklərim elə təklif olaraq qalır, diqqətə alınmır».

F.Quliyev deyir ki, prezident regionlarda sahibkarlığın inkişafı ilə bağlı vəsaitlərin ayrılması istiqamətində işlər görür. Amma yerlərdə bu vəsaitlər havaya sovrulur: «Dövlət qurumları var ki, inzibati binanın tikilməsinə 10 milyonlarla vəsaitlər xərcləyirlər. Halbuki, bu vəsaitlər yeni istehsal sahələrinin yaradılmasına, iş yerlərinin açılmasına sərf oluna bilərdi. Amma korporativ maraqların ümumi maraqları üstələdiyini görürük».

Deputat deyir ki, durum indiki şəkildə davam etdiyi halda qiymətlərin enəcəyinə o qədər də inanmır: «Qiymətlərin enməsindən ötrü istehsal güclənməli, iş yerləri açılmalı və inhisar aradan qalxmalıdır».



Source link

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button