2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Kredit oliqarxlarının bir qisminin işi ağırlaşır, bir qismi azadlığa çıxır

İstintaq Beynəlxalq Bank işi üzrə həbs edilmiş sahibkarların və oliqarxların bəzilərinə əlavə maddələr üzrə ittiham elan etməyə hazırlaşır.

Virtualaz.org bu barədə istintaqa yaxın mənbələrdən məlumat əldə edib. Mənbənin bildirdiyinə görə, həbs edilənlərin bir qisminə yeni ittihamların irəli sürülməsi onunla bağlıdır ki, həmin şəxslərin ilkin istintaq müddətində həbsdə saxlanılması üçün müəyyən edilmiş vaxt limiti bitir. “Belə olan halda istintaq ya işi məhkəməyə göndərməli, ya əlavə ittihamlar irəli sürüb istintaq müddətini uzatmalıdır. Görünür ikinci taktikanı seçiblər”-mənbə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Gözlənilir ki, “kredit oliqarxları”ına qarşı ağırlaşdırıcı maddələr irəli sürüləcək. Mənbə onu da bildirib ki, iyunun 2-də Beynəlxalq Bank işi üzrə həbs olunanlardan 10-12 nəfərinin azadlığa buraxılacağı gözlənilir.Çünki onların istintaq müddəti bitib, irəli sürülən ittihamlar isə sübuta yetirilməyib. Lakin mənbə azadlığa buraxılacaq şəxslərin kimliklərini açıqlamayıb.

Beynəlxalq Bankdan milyardlarla manat kreditin götürülməsi və geri qayıtmaması işi üzrə istintaqı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Bu günlərdə istintaqın bir ili tamam olub. İş üzrə fiqurantlar arasında oliqarxlar Nizami Piriyev, Hacı İbrahim Nehrəmli, keçmiş deputat Dünyamin Xəlilov, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev, “qara polkovnik” kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun oğlu Adil Hüseynov və digərləri var.

Həbs olunanların barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə istintaq aparılırdı. Lakin istintaq zamanı müəyyən olunub ki, qayıtmayan kreditlərin əksəriyyətinin girov təminatı olub. Girov qismində isə kredit hesabına açılan müəssisələr, inşa edilən daşınmaz əmlak göstərilib.Nəticədə iş üzrə adı keçənlərə qarşı irəli sürülən “dələduzluq” ittihamını sübuta yetirmək çətinləşib. Bu səbəbdən cinayət işləri baxılmaq üçün məhkəməyə göndərilmir. İstisna deyil ki, onlara qarşı “mənimsə” ittihamı irəli sürüləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button