2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kredit üçün girov: “Mobil telefon, kompüter, mal-qara”

Azərbaycanda kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor, kompüter və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər, “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsində deyilir.

Bunun üçün borc və ya kredit verən tərəf həmin əmlakı internetdə portal şəklində yaradılacaq daşınar əmlakın rəsmi dövlət reyesetrində qeydiyyatdan keçirməlidir. Və şəxsdən əmlak alan vətəndaşlar o əmlakın girov olub-olmamasını o portalda yoxlamalıdırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın başqa bank üçün girov qoyulub-qoyulmadığını aydınlaşdıra biləcək.

Qanun layihəsinə görə, artıq daşınmaz əmlakı olmayan kiçik və orta sahibkarlar daşınar əmlak, yəni mal-qara, texnika, qızıl-zinət əşyalarını girov qoyaraq maliyyə resurslarına çıxış əldə edə biləcək.

Daşınar əmlaka istehsal prosesində iştirak edən avadanlıqlar, kənd təsərrüfatında istifadə olunan heyvanlar, dövriyyədə olan mallar, zinət əşyaları, debitor borclar da aid edilə bilər.

Milli Məclisin komitəsində gələn həftə müzakirəyə çıxarılacaq layihə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyilə hazırlanıb.

“Kiçik və orta sahibkarlığa dəstək”

Beynəlxalq maliyyə Korporasiyası, Azərbaycan və Orta Asiya Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi Layihəsindən, hüquqi məsələləri üzrə ekspert Aqil Abdullayev BBC Azərbaycancaya deyir ki, layihənin məqsədi kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir.

Onun sözlərinə görə, daşınar və daşınmaz əmlakın gəlir gətirməsi və girov kimi istifadə edilməsi məsələsində problemlər var. Belə ki, daşınar əmlak gəlir gətirə bilir, lakin ondan girov kimi istifadə etmək olmur.

Daşınmaz əmlak isə gəlir gətirmir, amma girov klimi qoyula bilər. Bu zaman ortada paradoks yaranır.

“Şəxs əldə olan vəsaiti daşınmaz əmlaka xərcləməklə gəlir qazanması imkanlarını azaldır və kredit almaq imkanını yüksəldir. Yaxud əksinə daşınar əmlak əldə etməklə gəlirini artırır, amma heç bir kreditor təşkilat ona maliyyə ayırmır. Bu qanun layihəsilə daşınar əmlak yüklülük qazanır və bankların bu əmlaka girov etibarı yüksəlir”, o deyir.

Cənab Abdullayev bildirir ki, bununla da daha çox sahibkar maliyyə resurslarına çıxış əldə edir. Bu zaman kreditlərdə faizlər düşür, müddət uzanır.

Girov qoyulan malların kimə məxsus olması

Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov deyir ki, bu qanun layihəsi əsasən kredit verənlərin hüquqlarını qoruyacaq.

O deyir ki, hər bir borc alan əmlakı ilə cavabdehdir, amma borc müddəti ərzində borc alan şəxs kiməsə bu mülkü bağışlaya, sata və ya başqa kreditor təşkilatda yenidən girov qoya bilər.

Borc ödənilməyəndə isə ondan heç nə tutmaq mümkün olmayacaq. Buna görə də girov institutu mövcuddur.

Belə ki, kredit götürəndə girov qoyulur və girov qoyulmuş əmlak sonradan satılsa belə borc ödənilməyənədək girovluğunda qalacaq.

Əgər şəxs girov qoyduğu əmlakı satırsa, sonradan kredit və ya borc verən şəxs əmlakın ikinci sahibinə girov barədə iddialar irəli sürə bilmir. Bu zaman yeni sahib deyə bilər ki, onun bu məsələdən xəbəri olmayıb.

O səbəbdən də borc alandan pulu qaytarmadığı halda heç nə tutmaq mümkün olmayacaq.

Hüquqşünas deyir ki, bu problemin həll edilməsi üçün qeydiyyat sistemi lazımdır.

Azərbaycanda isə bu sistem ya daşınmaz əmlaka, yəni bina, torpaq, ev və yaxud da avtomobillərə aid edilir. Hərçənd, qiymətli kağız, silah-sursat üçün də qeydiyyat var, amma girov kimi əsasən daşınmaz əmlak qoyulur, o deyir.

“Lakin hər kəsin girov qoyulacaq belə əmlakı yoxdur. Onun yerinə hər hansı bir daşınar əmlakı var, yəni telefon, kompüter, yaxud başqa əmlak girov qoymaq istəyir. Bu zaman isə həmin əmlakı bankın saxlancına qoymaq istəmir və istifadəyə davam etməyi istəyir. Bu qanun məhz bu hallar üçündür”.

Borc verən üçün xeyir

Borc verən şəxs girov qoyulmuş məhsulları orda qeydiyyatdan keçirəcək. Həmin əmlak satılsa belə borc verən şəxs və ya təşkilat həmin əmlakı yeni sahibindən ala biləcək.

“Bu zaman o şəxs əmlakın girov olub-olmamasından xəbərsiz olması barədə hər hansı bir söz deyə bilməyəcək. Çünki əmlakı almamışdan əvvəl girib o sayta baxmalı idi”, cənab Həsənov izah edir.

O deyir ki, bu qanun layihəsindən sonra mülki dövriyyə çətinləşə bilər. Çünki artıq insanlar aldıqları əmlakın girov qoyulub-qoyulmamasilə bağlı sayta daxil olub, məlumat əldə edəcək.

Əkrəm Həsənovun sözlərinə görə, bu qanun hazırda kredit borcunu geri ödəyə bilməyənlərə aid edilmir və yalnız bundan sonra girov qoyaraq borca pul və ya kredit götürənlərə aiddir.

O, bir daha qeyd edir ki, hər bir insan borcuna məxsus olduğu əmlakı ilə cavabdehdir. Bu səbəbdən banklar məhkəmə qərarı ilə hazırda borcunu ödəyə bilməyənlərin evinə gedərək əmlak müsadirə etmək istəyə bilər.

Lakin bu zaman borclu şəxsin evindən ancaq yaşamaq üçün zəruri olmayan əmlak aparıla bilər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button