Loading...
Loading...
SEÇMƏ

Kreml Xarkovdakı vəziyyəti şərh etməkdən imtina edib

Yayımlandı: 9 Sentyabr 2022 15:07

Peskov bu məsələnin onun səlahiyyətində olmadığını deyib

Kreml Xarkov vilayətindəki Balakleya ətrafındakı vəziyyəti və xüsusi əməliyyat zonasında baş verən digər hadisələri şərh etməkdən imtina edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür sualları Müdafiə Nazirliyinə ünvanlamağı məsləhət görüb.

“Xüsusi hərbi əməliyyatın gedişatına gəlincə, bu, həmkarım, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun səlahiyyətinə olan məsələdir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Sentyabrın 8-də Ukrayna ordusu Xarkovun 20-dən çox yaşayış məntəqəsini azad edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov onlayn brifinqdə deyib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Ukrayna Xarkovun 20-dən çox yaşayış məntəqəsini azad etdiyini deyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button