2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kremlin dəstəklədiyi Vahid Rusiya partiyası seçkilərdə qələbə əldə etdiyini deyir

Sentyabrın 19-da qanun pozuntuları və saxtakarlıqla nəticələnən üç günlük səsvermədən sonra Kremlin dəstəklədiyi hakim Vahid Rusiya Partiyası Rusiya parlamentinin aşağı palatasında rahat qələbə qazandığını iddia edir.

Vladimir Putini dəstəkləyən Vahid Rusiya Partiyasının sözçüsü yeni Dövlət Dumasında 300 yeri qazandığını bildirib.

Səsvermə hüququna malik olan vətəndaşların yalnız 49 faizinin seçkilərdə səs verdiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

İlkin hesablamalara görə, rəqib Kommunist Partiyası təxminən 22%, millətçi Liberal Demokrat Partiyası isə səslərin təxminən 8.5%-ni qazanıb . Digər iki partiya – Ədalətli Rusiya və Yeni İnsanlar müvafiq olaraq 7.5% və 6% qazana bilib.

Yeni Dumada səs çoxluğunu qazanan Vahid Rusiyanın baş katibi Andrey Turçak partiyanın qərargahında tərəfdarlarına qələbənin “vicdanlı və şəffaf” olduğunu deyib.

Moskva – İctimai Seçkilərin Monitorinq Mərkəzi

Hakimiyyətin həbsdə olan müxalifət lideri Aleksey Navalnı ilə əlaqəli bütün təşkilatları “ekstremist” elan etməsindən və şəbəkəsindən olanların namizədliyini verməsinə mane olmasından sonra seçkilərdə faktiki olaraq əhəmiyyətli bir müxalifət iştirak etməyib.

Moskva da daxil olmaqla, yeddi bölgədə icazə verilən onlayn səsvermənin nəticələri hələ hesablanmayıb.

Navalnının əsas köməkçilərindən biri Leonid Volkov hakim partiyanın əsasən Moskva və Sankt-Peterburq kimi liberal meylli şəhərlərdə namizədlərinin lehinə onlayn səsverməni manipulyasiya etməyi planlaşdırdığını bildirib.

Partiya siyahısı ilə səsvermə sistemi birmandatlı seçki dairələri ilə birləşdirildiyindən nəticələrin Dumadakı yerlərin bölünməsinə necə təsir edəcəyi hələ aydın deyil.

Dumadakı 450 yerin yarısı partiya siyahıları ilə, digər yarısı isə fərdi yarışlarla seçilir. Seçki rəsmiləri erkən nəticələrin Vahid Rusiya Partiyasından olan namizədlərin 225 seçki dairəsindən 193 təkmandatlı dairələrdə öndə olduğunu bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button