2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Kremlin “Duqin dili”: ruslar Qarabağı Ermənistana birləşdirir?

Kremlin ideoloqu kimi tanınan “Beynəlxalq Avrasiyaçılıq Hərəkatı”nın rəhbəri, politoloq Aleksandr Duqin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mübahisəli fikirlər səsləndirdi.

Amerikanı Qarabağda müharibəni alovlandırmaq niyyətinin olmasında ittiham edən Duqin deyir ki, Qarabağda müharibə olacaqsa, Rusiya Ermənistanı dəstəkləməyəcək: “Lakin Azərbaycanın da Qarabağı qaytarması istisnadır. Rusiya bu münaqişədə konkret hansısa tərəfdən çıxış edə bilmir”.

Duqin dolayısı ilə Kremlin Qarabağla bağlı mövqeyini ifadə edir.

Saytların yığılması Saytlarin yigilmasi

“Status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyəti Qarabağı Azərbaycanın tərkin hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir”, – deyə o bildirir.

Kremlin ideoloqu Rusiyanın öz sülhməramlılarının Qarabağa daxil etmək planının olmadığını deyir. Lakin əlavə edir ki, “lazım olacaqsa, biz bunu edəcəyik”.

“Geosiyası nöqteyi-nəzərdən Rusiya bir məsələdə maraqlıdır: Dağlıq Qarabağda status-kvo saxlanılsın. Bəzi problemlər var ki, biz orada münaqişələrdə maraqlıyıq. Qarabağda isə sülh bizə əlverişlidir”, – deyə Duqin vurğulayır.

A.Duqinin sıradan bir politoloq olmadığı məlumdur. Rusiya siyasətinin formalaşdırılmasında yaxından iştirak edən bu şəxsin “rusların dərin dövləti” hesab olunan hərbi-sənaye kompleksə bağlı olduğu da məlumdur. Misal üçün, təyyarə hadisəsindən sonra düşmən olan Ərdoğan və Putinin barışdırılmasında rol oynaması, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Rusiya siyasətini birbaşa aparması da bunu sübut edir. Bunlar Duqinin Kremlə yaxınlığını sübut edən son hadisələrdir. Bundan öncə də o, zaman-zaman Kremlin “danışan dili” olub. Duqinin bu açıqlamaları Mosvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşündən sonra verməsi də diqqət çəkir. Görünür, Rusiya Azərbaycana hansısa mesajlar verir. Bu, “ərazilərin azad olunması üçün müharibə variantını unut”, “münaqişə Rusiyanın istəyi olmadan həll olunmayacaq”, yaxud “problem Rusiyanın istəyinə uyğun həllini tapacaq” mesajları ola bilər.

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın öz ərazilərini azad etməsini istəmir: “Hətta Dağlıq Qarabağı Ermənistana birləşdirmək də istəyir. Bunu Lavrovun özü də dolayısı ilə bildirib, rus ekspertlər də zaman-zaman danışıb. Duqin də birbaşa Kremlə bağlı adamdır və onun dediklərini “Kremlin demək istədikləri” kimi başa düşmək təəccüblü deyil”.

Q.Hüseynli Rusiyanın Qarabağla bağlı öz maraqlarına uyğun planlarının olduğunu qeyd edib. Əlavə edib ki, bu plan Azərbaycanın maraqlarına uyğun olmaya bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button