2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kremlin MÜHARİBƏ PLANI: genişmiqyaslı əməliyyat başlanacaq, əgər…

“Moskva Donetsk və Luqansk “xalq respublikaları”nın (“DXR” və “LXR”) müstəqilliyinin tanınması planını hazırlayıb”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Publika.az xəbər verir ki, bunu Ukrayna mediasına müsahibəsində Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk bildirib.

 

“Rusiyalılarda ssenari var. “DXR” və “LXR” tanınması haqqında xahişlə Rusiya Dövlət Dumasına müraciət edəcək, Dövlət Duması “respublikalar”ın müstəqilliyini tanıyacaq və onlarla hərbi köməyin göstərilməsi haqqında müqavilə imzalanacaq”, – Tuk deyib.

 

Onun sözlərinə görə, plan Ukrayna ordusunun Donbasda genişmiqyaslı hücumunun başlanacağı halda reallaşdırılacaq.

 

“Rostov vilayətində, Ukrayna sərhədində dayanan Rusiya qoşunları Ukrayna ərazisinə girəcək və genişmiqyaslı müharibə başlanacaq”, – məmur əlavə edib.

 

Mayın 30-da Ukrayna Milli Təhlükəsizlik  və Müdafiə Şurası katibinin müavini Mixail Koval bildirib ki, Moskva Krıma quru dəhlizi açmağa hazırlaşır: “Rusiya qoşunları Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq, həmçinin Krıma quru dəhlizi açmaq məqsədi ilə aktiv hücum əməliyyatına hazırlaşır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button